reklam
USD
30 ℃
EUR
BAKI

“Aprel döyüşləri bizim şanlı tariximizdir” - FOTOLAR

Cəmiyyət / 06.04.2018 12:19
Azərbaycan Kooperasiya Universitetinin iclas zalında Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Kooperasiya Universitetinin birgə təşkilatçılığı ilə 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş "Aprel döyüşləri bizim şanlı tariximizdir” adlı tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Azərbaycan Kooperasiya Universitetinin prorektoru Fikrət Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin əməkdaşı Ceyhun Əsədov, Universitetin Mətbuat Xidmətinin rəhbəri, Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Universitetin müəllim heyəti və tələbələri, orta ümumtəhsil məktəblərinin müəllim heyəti və şagirdlər iştirak etmişlər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir iştirakçılarını salamladı, "Aprel döyüşləri bizim şanlı tariximizdir” mövzusunda keçirilmiş inşa müsabiqəsində qalib gəlmiş şagirdləri təbrik etdi və 2016-cı ilin aprel ayında mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin qorxu içində geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu deyən natiq, erməni qəsbkarlarına bir qarış torpaq belə güzəştə getməyən güclü ordumuzun əldə etdiyi bütün bu nailiyyətləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütövlükdə bütün xalqımızın növbəti uğuru və qələbəsi kimi dəyərləndirdi.

Sonra çıxış edən şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev tədbir təşkilatçılarına təşəkkürünü bildirdi və Mahirin həyatı haqqında məlumat verdi. Şəhidin atası bildirdi ki, Mahir Sabir oğlu Mirzəyev 1994-cü ildə Bakı şəhərində anadan olub. Mahir Mirzəyev 2011-ci ildə orta təhsilini Nərimanov rayonunda yerləşən 36 saylı məktəbində bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və sənaye" fakültəsinə daxil oldu. Daha sonra 2015-ci ildə Qafqaz Universitetində magistr pilləsinə qəbul olmuşdur. Əsgər Mahir Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Mahir Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Daha sonra Azərbaycan Kooperasiya Universitetinin prorektoru Fikrət Quliyev çıxış edərək qeyd etdi ki, aprel döyüşlərində zabit və əsgərlərimiz böyük hünər və igidlik göstərdilər. Ümummilli Liderimiz Heydər Əliyev demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbiçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.

Sonda inşa müsabiqəsində fərqlənmiş və qalib gəlmiş şagirdlər İdarə tərəfindən müvafiq dərəcəli diplom və hədiyyələr ilə təltif olunublar.






Oxunub: 463






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim