reklam
USD
3 ℃
EUR
BAKI

İlham Əliyev və xanımı SƏRGİDƏ (YENİLƏNİB-FOTOLAR)

XƏBƏR / 07.04.2018 19:32
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 6-da Bakı Ekspo Mərkəzində "AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və "HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Unikal.orgxəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgilərin pavilyonları ilə tanış oldular.

Bildirildi ki, Azərbaycanda turizm sənayesi ildən-ilə inkişaf edir. 2017-ci ildə ölkəmizə gələn turistlərin sayı 20 faiz artıb. Ötən ilin ilk üç ayı ilə müqayisədə bu ilin müvafiq dövründə artım 12,5 faiz təşkil edib. Bir sıra ölkələrin vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması Azərbaycana səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Bu gün ölkəmizə xarici turistlərin daha rahat səfər etmələri üçün müvafiq işlər görülür.

"Bütün dünya – bir sərgi” şüarı altında keçirilən "AITF-2018” sərgisində 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. Eyni zamanda, ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış olurlar. Sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çex, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alır. Bu il, həmçinin Şərqi Yava (İndoneziya) sərginin debütantıdır.

"AITF” ilə birlikdə "HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi də keçirilir. "HOREX Caucasus-2018” regionun otel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgisidir.

10:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Bakı Ekspo Mərkəzində "AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və "HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Unikal.org-un məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlət başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərin pavilyonları ilə tanış olublar.




















Oxunub: 440






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim