Ləğv edilən bankların əmlakları satışa çıxarıldı - VİDEO
XƏBƏR / 10.04.2018 09:20
Ləğv prosesində olan bankların balansındakı əmlakların satışına başlanılıb.
Xezerxeber.az-in məlumatina görə, bunun üçün açıq hərraclar təşkil olunub.
Hərracda həm hüquqi, həm də fiziki şəxslər iştirak edə bilərlər. Ancaq satılan əmlakların qiyməti bazar qiymətindən ucuz olmayacaq.
Bağlanan bankların balansında olan əmlakların satışını Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vastəsilə həyata keçirir. Fondun beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fuad Hüseynəliyev bildirib ki, qiyməti min manatdan yuxarı olan əmlaklar açıq hərracda satılıcaq.
Fuad Hüseynəliyevin sözlərinə görə, satılan əmlakların əsas hissəsini avtomobillər təşkil edir. Ötən ildən satışa çıxarılan 64 əmlakın 49-u avtomobil olub. Hazırda isə 41əmlak hərraca çıxarılıb. Onlardan17 lot üzrə ev və qeyri-yaşayış sahəsi, 10 avtomobil, 14-ü isə bank avadanlığı və mebeldir.
Fuad Hüseynəliyev bildirib ki, satışa çıxarılan əmlaklar bazar qiymətinə uyğun satılacaq.
Hərracın qiymətini müəyyənləşdirərkən bir sıra amillər nəzərə alınır.
Hərraca çıxarılan daşınmaz əmlakların qiymətləri 60 min-400 min manat, avtomobillərin qiyməti isə 3500-139 min manat arasında dəyişir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 314
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim