reklam
USD
3 ℃
EUR
BAKI

Azərbaycanlılar Qara dəniz sahillərində ev alır

İqtisadiyyat / 10.04.2018 10:04
Türkiyənin Qara Dəniz bölgəsində daşınmaz əmlak alan əcnəbilərin sayı artıb. Bölgədə mənzil sahibi olanların arasında azərbaycanlılar da var. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2015-2018-ci illər ərzində təkcə Ordu vilayətində əcnəbilərə 98 mənzil satılıb. Alıcıların əksəriyyətini isə (79 mənzil) ərəblər təşkil edir.

Bu dövr ərzində 9 azərbaycanlı 8 müxtəlif ünvanlarda 399 kvadrat metr daşınmaz əmlak alıb. İki Küveyt vətəndaşı ümumilikdə 95 kv metr, bir Gürcüstan vətəndaşı isə 1639 kv metr daşınmaz əmlak alıb. Alınan mənzillərin çoxu isə binalardadır.

Xatırladaq ki, son illər azərbaycanlılar tərəfindən Türkiyənin iri və kurort şəhərlərində, o cümlədən, İstanbul və Antalyada daşınmaz əmlaka marağın artması müşahidə edilir. Türkiyənin Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-fevral aylarında azərbaycanlılar Türkiyədə 128 mənzil alıblar. Bu isə ötən ilin eyni ayları ilə müqayisədə 19 mənzil çoxdur.

Türkiyə parlamentinin 2015-ci ildə Mülkiyyət Qanununa etdiyi dəyişiklik də bu prosesə təkan verib. Məlum dəyişikliyə əsasən, xarici ölkə vətəndaşları yalnız şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Türkiyənin istənilən şəhərində daşınmaz əmlak sahibi ola bilər.


Oxunub: 355






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim