Prezident İlham Əliyev Hacı Cavad məscidinin açılışında iştirak edib - VİDEO
CANLI TV / 13.04.2018 00:04
Bu gün pezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında inşa edilən Hacı Cavad Məscidinin açılışını ediblər.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov prezidentə görülən işlər barədə məlumat verərək bildirib ki, məscidin yeni binası 1200 kvadratmetr ərazini əhatə edir. Yalnız ibadət zalının sahəsi 400 kvadratmetrə yaxındır. Milli memarlıq üslubunda inşa olunan ibadət evinin günbəzinin hündürlüyü 18, minarənin hündürlüyü isə 33,7 metrdir. Eyni vaxtda 500-dən çox insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Dövlət başçısı Hacı Cavad dini icmasının üzvləri ilə də görüşüb.
Prezident İlham Əliyev Azərbaycanda məscidlərin tikintisinə xüsusi diqqət ayrıldığını və tarixi məscidlərimizin dövlət hesabına əsaslı şəkildə təmir edildiyini bildirib.
Açılış mərasimində Hacı Cavad dini icmasının üzvləri prezident İlham Əliyevə Qurani-kərim kitabı hədiyyə edib.
Qeyd edək ki, prezident İlham Əliyevin tapşırığı ilə Hacı Cavad məscidinin yeni binasının tikintisinə 2017-ci ilin iyulun 2-ə başlanılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 343
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim