İlham Əliyev Azərbaycandakı müşahidə missiyalarının rəhbərləri ilə görüşüb - VİDEO
XƏBƏR / 13.04.2018 00:17
Prezident İlham Əliyev seçkiləri izləmək üçün Azərbaycana gələn bir sira dövlətlərin müşahidə missiyalarının rəhbərləri ilə görüşüb. Dövlət başçısı nümayəndə heyətlərinin seçkilərə olan marağını yüksək qiymətləndirib və Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Rəşid Əlimov müşahidə missiyasının sərbəst şəkildə ölkəmizin müxtəlif regionlarında ümumi seçki məntəqələrinin təqribən 7 faizində müşahidələr apardıqlarını, seçki məntəqələrində işlərin yüksək səviyyədə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə təşkil edildiyinin şahidi olduqlarını deyib.
Prezident İlham Əliyev Avstraliya parlamentinin nümayəndələr palatasının deputatı, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətini qəbul edib. Görüşdə seçki məntəqələrində seçici fəallığının və səsvermənin demokratik şəraitdə aparıldığı qeyd olunub.
Prezident İlham Əliyev ölkəmizdə seçkilərin Azərbaycanın üzv olduğu Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə tam uyğun şəkildə keçirildiyini vurğulayıb.
Ölkə baçcısı MDB-dən seçkilərdə müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedevi qəbul edib. Sergey Lebedev seçkilərdə inamlı qələbə qazanması münasibətilə prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev xeyli sayda müşahidəçinin daxil olduğu MDB müşahidəçilər missiyasının fəaliyyətinin önəmini qeyd edib. MDB ilə əlaqələrə toxunan dövlət başçısı bundan sonra da bu təşkilat çərçivəsində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario Davidi qəbul edib. Mario David bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədiklərini bildirərək seçkilərin yaxşı təşkil olunduğunu, seçicilərin səsvermədə fəal iştirak etdiklərini vurğulayıb.
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə seçkilərin demokratik və şəffaf şəkildə keçirildiyi vurğulanıb.
Prezident İlham Əliyev Avropa Parlamentində Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovskini də qəbul edib. Kozma Zlotovski müxtəlif seçki məntəqələrində olduqlarını və seçkilərin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.Dövlət başçısı seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi və müşahidəçilərin azad surətdə müşahidə aparmaları üçün bütün şəraitin yaradıldığını qeyd edıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 303
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim