XİN ATƏT PA və AŞPA-nın müşahidə missiyasına etiraz etdi
XƏBƏR / 13.04.2018 08:05

Bunu açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev qeyd edib ki, bu gün müşahidə missiyasının nümayəndələri Xarici İşlər Nazirliyində qəbul olunub və məsələ ilə əlaqədar Azərbaycan tərəfinin qəti etirazı onlara çatdırılıb. "Haqqında bəhs olunan ilkin hesabatda seçkilərin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan çox subyektiv iddialar və qərəzli siyasi mülahizələr üstünlük təşkil edir.
Hesabatda seçkilərin məhdud siyasi mühit şəraitdə keçməsi barədə iddia tamamilə əsassızdır. Seçki öncəsi prosesdə qeydə alınmış namizədlərin azad və sərbəst şəkildə aktiv seçki kampaniyası aparması üçün bütün zəruri şərait yaradılıb. Öz siyasi zəifliyinə və siyasi dəstək bazasının olmamasına görə marginal siyasi qüvvələrin fəaliyyətsizliyini və ya bəzi qeydə alınmış namizədlərin qeyri-fəal seçki kampaniyası aparmasını çatışmamazlıq kimi təqdim etmək tamamilə yanlış mövqedir.
Azərbaycan Respublikasında media tam azaddır. Seçki öncəsi dövrdə media ilə bərabər, sosial şəbəkələrdə və hətta bir çox hallarda bütün etik normalardan kənar fəal müzakirə mühiti mövcud olub.
Səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı və yüksək fəallığı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun olaraq keçib. Bunun müqabilində hər hansı əsaslandırılmamış fakt ortaya qoymadan guya seçki günü məcburi prosedurlara riayyət edilməməsi, şəffaflığın olmaması və digər qüsurların olması barədə iddialar heç bir tənqidə sığmır. Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan bu kimi faktlar varsa, onların təqdim edilməsini tələb edirik.
60000-dən artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət göstərdiyi və 1000 veb-kamera vasitəsilə "online” rejimdə birbaşa izləmə imkanı təmin edilən bir şəraitdə iddia olunan bu cür məlumatların ciddi qəbul edilməsi qeyri-mümkündür.
Seçki günü hər hansı texniki xarakterli qüsurların və çatışmamazlıqların baş verməsi halları istisna deyildir. Amma texniki qüsurların ümimiləşdirilməsi və bu kimi sıradan olan halların bütün seçki prosesinə şamil edilməsi mandatın aşılması və tamamilə qərəzli siyasi yanaşma kimi qiymətləndirilir.
İlkin hesabatı nəzərdən keçirdikdə müxtəlif paraqraflar arasında ziddiyyətli məqamların olması, bir paraqrafın digərini təkzib etməsi də açıq şəkildə özünü biruzə verir. Məsələn, sənəddə bir yerdə beynəlxalq müşahidəçilərə yaradılmış şəraitə görə Azərbaycan Hökumətinə təşəkkür ifadə olunduğu, Mərkəzi Seçki Komissiyasının peşəkar fəaliyyəti qeyd olunduğu halda, digər bir hissədə seçkilərin qeyri-şəffaf şəkildə keçirildiyini və ya prosedurlara riayyət edilmədiyini iddia etmək heç bir halda başa düşülən deyildir. Bu kimi hallar sənəddə kifayət qədərdir və onu oxuyan hər bir şəxs açıq şəkildə görə bilər.
Sözügedən müşahidə missiyası tərəfindən sərgilənən bu cür mövqe ilk növbədə milyonlarla azərbaycanlı seçicinin öz seçki hüququnu sərbəst ifadə etməsinə hörmətsizlikdir.
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ölkəmizdə keçirilən seçkilər ilk növbədə Azərbaycan Respublikası vətəndaşları üçün təşkil edilir. Azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikası vətəndaşları öz siyasi iradələrini bir daha ifadə etdilər.
11 aprel tarixində keçirilmiş prezident seçkiləri ölkəmizin demokratik inkişafı və demokratik təsisatların güclənməsi yolunda növbəti vacib mərhələ oldu".
2025-06-03
01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

2025-05-29
12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

2024-07-21
02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

2025-05-27
17:23 QƏZƏLLƏR : O.D.ELMAN

2025-05-26
15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

2025-05-19
00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

2025-02-01
03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

2025-05-12
11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

2025-05-04
23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
