reklam
USD
15 ℃
EUR
BAKI

“Suriyada iri dövlətlərin silahlı qüvvələrinin toqquşma ehtimalı var” – Azərbaycanlı general (VİDEO)

RƏSMİ / 14.04.2018 12:27
"ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsi region üçün yaxşı heç nə vəd etmir”.

Bu sözləri Unikal.org-a Azərbaycan ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov bildirib.

O hesab edib ki, hazırda Suriyada dünyanın iri dövlətlərinin maraqları toqquşur:

"Hazırda Suriyada Rusiya, Türkiyənin hərbi qoşunları var və onlar burada müəyyən əməliyatlar keçirirlər. O cümlədən ABŞ və ona müttəfiq dövlətlərin də burada maraqları var. Bu gün ABŞ, Fransa və Böyük Britaniya hərbi qüvvələri Suriyanı bombalaması yaxşı hal deyil və bu ciddi müharibənin başlanmasına rəvac verə bilər. Bu çox ciddi münaqişədir. Regionda ictimai-siyasi və hərbi vəziyəti dahada gərginləşdirəcək”.

General hesab edib ki, Suriyada marağı olan dövlətlər mütləq masa arxasında oturmalı və danışıqları intensivləşdirməlidirlər:

"Bu günə kimi iri dövlətlər masa arxasında oturub, bu məsələni tənzimləməli idilər. Onlar, Suriyada və digər dövlətlərdə terrorçulara qarşı birgə hərbi plan qurmalı idilər. Amma biz əksini görürük. Bu hadisələrin özü isə dünya siyasətində tətbiq olunan ikili standartlar, manipulyasiya, başqa dövlətlərə təsir vasitəsi kimi qəbul olunmalıdır. Koalisiyanın son zərbələri münaqişənin daha aktiv fazaya keçməsi üçün şərait yarada bilər və münaqişə regionda daha ağır nəticələrə gətirib çıxaracaq. Artıq baş verən son hadisələr dünyanın iri dövlətlərinin silahlı qüvvələrinin burada toqquşma ehtimalını birqədər də artırır. Nə qədər gec deyil, məlum dövlətlər yenidən masa arxasına oturmalı, münaqişəni dinc yolla həll etməlidirlər”.

General Suriyada baş verən hadisələrin Azərbaycana təsirindən də söz açıb:

"Orada çox ağır silahlardan istifadə olunur. Bunun bizə nə xeyri ola bilər? Biz istəyirik ki, regionda stabillik olsun”.

 


Oxunub: 478






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim