reklam
USD
24 ℃
EUR
BAKI

Bakı Olimpiya Stadionunun qarşısında avtomobil tunelinin inşası başa çatır

Cəmiyyət / 14.04.2018 13:18
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektində, daha dəqiqi Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tunelinin inşası yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.

Agentlikdən Carci.tv  verilən məlumata görə, tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər biri 4.5 metr eni olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11.5 təşkil edəcək.

Tikinti layihəsinə uyğun olaraq, tunelin prospektin altından keçməsi üçün svay vurma və qazıntı işləri tam olaraq yekunlaşdırılıb, qazılmış tunelin üstü betonlanaraq asfaltlanıb, tunelin içərisində kanalziasiya-drenaj xətləri çəkilib, yaxınlıqdan keçən yüksək təzyiqli kommunikasiya boruların üzərindən 1 aşırımlı və 21 metr uzunluğunda körpü inşa edilib.

Hazırda ərazidə layihənin sonuncu mərhələsi həyata keçirilir. Belə ki, tunelin içinin və çölünün üzlənməsi, tunel və yanaşma yolların torpaq yatağının kipləşdirilməsi,tunel çıxış hissəsinin yanından keçməklə "Sabunçu yol qovşağı”na qalxan köməkçi yolun inşası işləri davam etdirilir. Köməkçi yolun uzunluğu 700 metr, eni isə 9 metr təşkil edir. Bu yolun köməkliyi ilə Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər və tuneldən çıxan sürücülər sözügedən yol hissəsi vasitəsi ilə rahat və maneəsiz şəkildə "Sabunçu yol qovşağı”na daxil ola biləcəklər.

Ümumilikdə isə tunelin inşasında məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri "Böyük Şor” yol qovşağına daxil olmadan və "Koroğlu” metrostansiyasının qarşısından keçmədən Hava limanı istiqamətində gedə biləcəklər.Yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və ordan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edəcəklər. Bu isə sıxlığın azalmasına gətirib çıxaracaq. Avtomobil tuneli texnoloji ardıcıllığa riayət olunmaqla "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.







Oxunub: 425






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim