reklam
USD
14 ℃
EUR
BAKI

“Ermənistan Qarabağı işğal etməklə çox şey itirdi” - PA rəhbəri

RƏSMİ / 17.04.2018 09:37
"Ermənistan "xarici dəstəkdən” istifadə edərək Azərbaycan ərazisinin 20 faizini işğal etməklə, əslində çox şey itirdi. Hər şeydən əvvəl, neftin və qazın nəqlinə görə əldə edə biləcəyi sabit valyuta gəlirlərindən məhrum oldu. Gürcüstan kimi Ermənistan da Azərbaycanın həyata keçirdiyi transmilli enerji və nəqliyyat layihələrindən faydalana bilərdi...”

Carci.tv xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin məqləsində qeyd olunub.

Məqalədə deyilir ki, yeni ərazi davası aparan Ermənistanın sosial-iqtisadi problemlərinin kəskinləşməsi hər şeydən əvvəl onun regional iqtisadi inteqrasiya prosesində iştirak etməməsi ilə bağlıdır: "Əgər Ermənistan ərazi iddialarından əl çəksəydi və Azərbaycanla Gürcüstanın, o cümlədən Türkiyənin birgə həyata keçirdiyi strateji iqtisadi layihələrə qoşulsaydı, xarici dövlətlərdən topladığı "ianələrdən” dəfələrlə artıq gəlir əldə edə bilərdi. Ermənistan özünün neftə və qaza olan tələbatını bütünlüklə idxal hesabına ödəyir. Yəni, bu ölkənin xaricdən enerji asılılığı var. Azərbaycanla sərhədlərin bağlanması isə həmin enerji resurslarının nəqlini çətinləşdirir və xərcini artırır”.

R. Mehdiyev bildirib ki, Azərbaycan işğalçı dövlətlə həm də iqtisadi gücün dili ilə danışır və Ermənistan bunun acı nəticələrini görməkdədir. Təsadüfi deyildir ki, erməni iqtisadçılar öz iqtisadiyyatlarının təhlili ilə bağlı hesabatların hər abzasında Azərbaycanın iqtisadi təzyiqinin doğurduğu nəticələrdən geniş bəhs edirlər: "Hər bir dövlətin başlıca vəzifəsi ölkə vətəndaşları üçün layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Lakin Ermənistan hökuməti bu vəzifəni yerinə yetirmək əvəzinə, işğalçı və separatçı mövqeyi ilə öz vətəndaşlarını məhrumiyyətlər qarşısında qoyur. Vaxtilə "Dağlıq Qarabağ uğrunda mübarizə”yə qalxmış ermənilər, indi öz fiziki mövcudluğunu qoruyub saxlamaq üçün mübarizə aparırlar. Sosial vəziyyəti kəskinləşməkdə olan ermənilər vaxt gələcək özləri Ermənistan rəhbərliyini işğalçı və separatçı mövqedən çəkindirməyə məcbur edəcəklər. Əks halda, Azərbaycan tərəfdən Ermənistana qarşı iqtisadi gücün tətbiqinin davam etdirilməsi işğalçı ölkəni sosial partlayış həddinə gətirib çıxaracaq. Bunun da acı nəticələrini həm Ermənistan rəhbərliyi, həm Ermənistan vətəndaşları, həm də Qarabağ erməniləri hiss edəcək…”

Məqalədə bildirlir ki, müstəqillik əldə etdikdən sonra Ermənistanın iqtisadi problemləri təkcə Azərbaycanın iqtisadi təzyiqlərinin nəticəsində deyil, həm də bu ölkənin iqtisadi dayaqlarının zəifliyi ilə əlaqədar olaraq kəskinləşib: " Təsadüfi deyildir ki, beynəlxalq iqtisadi təşkilatlar öz analitik hesabatlarında işğalçı ölkənin iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr qrupuna daxil edirlər. Statistik məlumatların təhlili göstərir ki, Azərbaycan bir sıra makroiqtisadi göstəricilərə görə Ermənistanı dəfələrlə qabaqlayır. Hər bir dövlətin maliyyə təminatı onun büdcəsinin vəziyyəti ilə müəyyən edilir.

Ermənistanda vergi bazasının ilbəil məhdudlaşması dövlət büdcəsinin icrası sahəsində ciddi problemlər yaratmaqdadır. Dövlət büdcəsindəki gərginliyin nəticəsidir ki, Ermənistanın xarici borcu 2017-ci ildə kritik həddə - 5,4 mlrd. ABŞ dollarına çatmışdır. Bu, ÜDM-in təxminən 60 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, iqtisadi təhlükəsizlik baxımından kritik hədd 40 faiz hesab olunur. Azərbaycanda və Ermənistanda xarici borcu təhlil edərkən bir cəhəti də nəzərə almaq lazımdır. Belə ki, beynəlxalq maliyyə təşkilatları borc vəsaitlərini ölkəmizə kredit qabiliyyətli olmasına, yəni bu borcu qaytarmaq üçün potensial valyuta ehtiyatlarına malik olduğuna görə ayırırlarsa, Ermənistan bu kreditləri xarici ölkələrdə fəaliyyət göstərən lobbisi hesabına əldə edir”.

Oxunub: 411






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim