reklam
USD
9 ℃
EUR
BAKI

Cənab İlham Əliyevin siyasətinin uğurları prezident seçkilərinin nəticələri əvvəlcədən şərtləndirir

MÜSAHİBƏ / 17.04.2018 17:58

Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov

- Nizami müəllim, ölkəmiz prezident seçkiləri ərəfəsindədir. Hazırda Yeni Azərbaycan Partiyası «İlhamla irəli!» şüarı ilə təbliğat kampaniyası aparır. Sizin bu seçki ilə bağlı düşüncələriniz nədən ibarətdir?

- Əlbəttə ki, prezident seçkilərindən danışarkən, hər kəs üçün günümüzün reallığı məlumdur. Yəni, Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin nüfuzu o qədər yüksəkdir ki, indidən seçkinin nəticələri haqqında fikir yürütmək mümkündür. Prezident İlham Əliyevin vətəndaşlar arasında nə qədər böyük hörmət və inama sahib olması, həm ölkə daxilində, həm də xaricdə də yaxşı məlumdur. Bunun da çox ciddi əsasları var. Dünyada baş verən mürəkkəb proseslərin fonunda, Azərbaycan yüksək dinamika ilə inkişaf edir, ictimai-siyasi sabitlik təmin olunub, ölkədə lider-xalq birliyi sarsılmazdır. Bütün bunlar cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin, partiyamızın Sədrinin gördüyü möhtəşəm, əzəmətli işlər nəticəsində Azərbaycan tarixində olmadığı qədər güclü dövlətə çevrilib.

Daxili siyasətə gəlincə, Azərbaycanda həyata keçirilən quruculuq işləri göz önündədir. Elə bir bölgəmiz yoxdur ki, orada abadlıq, quruculuq işləri getməsin. Həmçinin, sosial-iqtisadi sahədə də böyük nailiyyətlər əldə olunub, bölgələrdə xeyli sayda iş yerləri açılıb, məktəblər, tibb ocaqları, mədəniyyət və idman obyektləri tiklib istifadəyə verilib. Bütün bunlar vətəndaşlarımızın rifahı, sağlamlığı, yüksək biliklərə yiyələnməsi üçündür. Əlbəttə ki, xalqımız cənab İlham Əliyevin bu siyasətini görür və ürəkdən dəstəkləyir.

Cənab Prezident həmçinin, milli mənəvi dəyərlərimizin, ana dilimizin qorunması və inkişaf etdirilməsi sahəsində də misilsiz xidmətlər göstərir. Bu barədə faktlar kifayət qədər var və biz zaman-zaman bu mövzularla bağlı ətraflı söhbət etmişik. Cənab İlham Əliyevin xarici siyasətində isə daim dövlət və milli maraqlarımız qəti şəkildə qorunur. Bu baxımdan, ən təqdirolunası məqamlardan biri dövlətimizin başçısının türk dövlətləri və xalqlarının birliyinin gücləndirilməsi istiqamətində göstərdiyi səylər və təşəbbüslərdir. Məhz bu siyasətin nəticəsidir ki, türk birliyi son illər daha da güclənib və bu proses irəliyə doğru getməkdədir. Qeyd etdiyim kimi, bu uğurun əldə olunmasında Azərbaycan Prezidentinin müstəsna xidmətləri var. Ona görə də, cənab İlham Əliyev bu gün türk dünyasının liderlərindən biri kimi qəbul olunur.

Beləliklə, Azərbaycan xalqı Prezidentimizin bütün sahələr üzrə uğurlu siyasətini görür və daim dəstəkləyir. İndiyə qədər keçirilən seçkilərdə cənab İlham Əliyevin parlaq qələbə qazanması məhz xalqımızın Ona olan yüksək inamının ifadəsidir. Bu baxımdan, aprelin 11-də keçiriləcək növbəti prezident seçkilərində də cənab İlham Əliyevin qələbə qazanacağı şübhəsizdir. Hətta bu faktı Onun oppenentləri də etiraf edirlər.

- Prezident İlham Əliyevin siyasətində İslam həmrəylinin gücləndirilməsi də əsas istiqamətlərdən biridir. Nəinki, Azərbaycan xalqı, eləcə də bütün İslam dünyası cənab İlham Əliyevin bu yöndəki səylərini yüksək dəyərləndirir...

- İslam dini bizim xalq kimi formalaşmağımızda çox ciddi rol oynayıb. Ümumiyyətlə, türk xalqlarının mütləq əksəriyyətinin xalq kimi formalaşmasında İslam dini mühüm rol oynayıb. Müasir dövrdə də Azərbaycan dövləti və xalqı İslam həmrəyliyində vacib rol oynayır. Azərbaycan inkişaf etmiş dövlətdir və müsəlman dünyasına qarşı hər hansı konyunktur müdaxilələr olursa, ölkəmiz buna dərhal etiraz edir. Eyni zamanda, müsəlman olduqlarına görə insanlara harda terror damğası vurulursa, Azərbaycan bu yanaşmaya qarşı çıxır. Azərbaycan İslam dünyasındakı inkişafa töhfələr verir və İslam ölkələri ilə bizim çox sıx əlaqələrimiz var. Beynəlxalq İslam təşkilatlarında da biz fəal iştirak edirik. Eyni zamanda, biz İslamı milli-mənəvi dəyər kimi qoruyuruq. Qısa müddət ərzində ölkəmizdə nə qədər ibadətgahlar, məscidlər tikilib və ya bərpa olunub. Bunların hamısı müasir dövrdə real olaraq dinimizə münasibətimizdir.
Prezident İlham Əliyev 2017-ci ili «İslam həmrəyliyi ili» elan etməklə bütün İslam dünyasına ciddi mesaj verdi. Həmin il çərçivəsində yerli və beynəlxalq tədbirlər keçirildi. Bütün müsəlman dünyası cənab İlham Əliyevin həmrəylik təşəbbüsünü dəstəkləyir.
Biz İslam həmrəyliyini iki mənada başa düşürük. Birincisi, İslam daxilində həmrəylik, ikinci isə, İslamın dünyada yaratdığı həmrəylikdir. İslam sonuncu din olduğuna görə həmişə bütün dinlərə humansit münasibət bəsləyib, hörmətlə yanaşıb. Bu gün bütün bunlar Azərbaycan dövlətçiliyinin və ideologiyasının təcrübəsində mövcuddur.

- Necə hesab edirsiniz, Prezident İlham Əliyevin xalqımız tərəfindən birmənalı olaraq dəstəklənməsində azərbaycançılıq ideologiyasının yeni mərhələdə uğurla davam etdirilməsi nə dərəcədə rol oynayır?

- Azərbaycan xalqı və dövləti tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində üç tamamilə humanist dəyər komponenti ifadə olunur. Bunlar etnik mənsubiyyət, dini mənsubiyyət və dünyəvi mənsubiyyətdir. Bu ideologiyada öz əksini tapmış fəlsəfədə, eləcə də onun mənsub olduğu xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur.

O var ki, Azərbaycan xalqı da, dünyanın bütün digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir. Tarixi taleləri elə gətirib ki, azərbaycanlıların bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz illərlə necə məskun olmuşdursa bu gün də məskundur. Ona görə də əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin – Dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi heç bir alternativ qəbul etməyən bir zərurət olub azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu bütövləşdirən konseptual hadisədir.

Hər şeydən əvvəl ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, eyni dinə mənsub olub eyni mental xüsusiyyətlərin, eyni adət- ənənələrin daşıyıcısıdırlar. Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi- inzibati sərhədləri aşaraq bir- birlərilə sıx ünsiyyətə girmələri, ümummilli maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də insani bir ehtiyacdır.

Bu gün Prezident İlham Əliyev tərəfindən azərbaycançılıq ideologiyasının daha da gücləndirilməsi nəticəsində ölkəmizdə yaşayan bütün xalqlar bu ideologiya ətrafında sıx birləşib. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri cənab İlham Əliyevi dəstəyləyir və Onu öz liderləri kimi qəbul edirlər.

- Nizami müəllim, hazırda seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi davam edir. Seçicilərlə keçirdiyiniz görüşlərlə bağlı təəssüratlarınız necədir?

- Cənab İlham Əliyevin seçki kampaniyası ilə əlaqədar yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçirilir. Görüşlər bir daha əminlik yaradır ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi birmənalı olaraq xalqın namizədidir. Çünki partiyamızın Sədri, ölkə Prezidenti İlham ƏliyevAzərbaycan dövlətçiliyinin daha da gücləndirilməsi, rifah, sabitlik naminə yorulmaz fəaliyyət göstərir.

Təmsil etdiyim Ağstafa rayonunda böyük abadlıq və quruculuq işləri həyata keçirilib. Cənab Prezident dəfələrlə rayonda olub, bir çox iqtisadi, sosial, mədəni obyektlərin açılışında şəxsən iştirak edib. Həmçinin, rayonun kəndlərinin böyük hissəsi qazlaşdırılıb, yeni yollar çəkilib və s. Bu quruculuq prosesi hazırda da davam etməkdədir.

Ağstafa əhalisi dövlət başçısının rayonumuza göstərdiyi qayğını yüksək qiymətləndirir və 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bəyan edirlər. Mən bütün seçiciləri seçki günü fəal olmağa və alternativsiz siyasət olan Heydər Əliyev siyasətinə və bu siyasəti layiqincə davam etdirən cənab İlham Əliyevə səs verməyə çağırıram.



Oxunub: 390






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim