reklam
USD
12 ℃
EUR
BAKI

Azərbaycan ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya kursunu uğurla davam etdirir

MÜSAHİBƏ / 17.04.2018 18:51

Xaliq Məmmədov, ”Ərzaq Məhsullarının tədarükü və təchizatı” ASC İdarə Heyətinin sədr müavini, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsinin üzvü, iqtisad üzrə fəlsəfə doktoru


Son 15 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib.

Bu gün Azərbaycan regionda aparıcı iqtisadi gücə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu, tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr nəinki regionun, eləcə də qonşu bölgələrin inkişafına mühüm töhfə verir. Bu layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunu, hazırda reallaşdırılan, Avropanın enerji təhlükəsizliyini təmin edəcək nəhəng "Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərlərinin tikintisini, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, bundan başqa, Azərbaycanın "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması üzrə gördüyü işləri göstərmək olar.

Bütün bunlarla yanaşı, ölkədə iqtisadi islahatlar davam edir, iqtisadiyyatın qeyri-neft sektoru, xüsusən aqrar sahə son illərdə sürətlə inkişaf edir.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, inkişafa gedən yol dünya iqtisadiyyatına tam inteqrasiyadan keçir. Bunu Çin, Cənubi Koreya, Yaponiya, Tayvan kimi ölkələrin təcrübəsi də sübut edib. Məhz bu səbəbdən Azərbaycan son 15 ildə ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya kursunu seçdi və hazırda da bunu uğurla davam etdirir. Buna aid yüzlərlə misal çəkərək əyani olaraq aparılan iqtisadi islahatlar nəticəsində dünya iqtisadiyyatına inteqrasiya istiqamətində hər gün bir qədər də irəlilədiyimizi isbat etmək mümkündür.

Bu gün inamla deyə bilərik ki, Azərbaycan proqressiv ölkədir və bizim iqtisadi formulamız uğurludur. Bizim müasir iqtisadiyyatımız var və formalaşır. Azərbaycan zənginləşir, düşmənimiz isə yoxsullaşır, zəif dövlətə çevrilir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan iqtisadi siyasətin nəticəsidir.

Xüsusilə vurğulanmalıdır ki, bütün dünyada iqtisadi inkişaf, qüdrətli dövlət yalnız ictimai-siyasi baxımdan sabit cəmiyyətlərdə mümkün olur. Unutmayaq ki, bu sabitliyi Azərbaycan xalqına Ulu öndərimiz Heydər Əliyev bəxş edib. Heydər Əliyevin siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev bu sabitliyi möhkəmləndirdi, xalqın xeyrinə bir sıra qərarlar qəbul edərək həyatın bütün sahələrində inkişafı təmin etdi.

İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə biz,

- ictimai-siyasi sabitliyin;

- dövlət quruculuğunun hər gün möhkəmləndirilməsinin;

- sosial-iqtisadi inkişafın;

- kənd təsərrüfatı və sənayenin inkişafının;

- əhalinin sosial müdafiəsinin gücləndirilməsinin;

- hərbi quruculuğun və Azərbaycan ordusunun ən müasir silahlarla təchizatının, hərbi sənayenin əsasının qoyulmasının və Azərbaycan mənşəli hərbi texnikanın istehsalının;

- iqtisadi-struktur islahatların, dünyada sınanmış idarəetmə strukturunun yaradılmasının (təbii ki, bu idarəetmə strukturunun tam formalaşması zaman tələb edən prosesdir);

- beynəlxalq ixtisaslara yiyələnən, xaricdə dövlət hesabına təhsil alan, savadlı, sağlam gəncliyin formalaşmasının;

- yeni modern, müasir səhiyyə, təhsil ocaqlarının yaranmasının;

- ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ciddi addımların atılmasının;

- vergi və gömrük sahələrində yeniliklərin, şəffaflığın, etibarlılığın, qarşılıqlı inamın təmin olunmasının, cəmiyyətin, dövlətin inkişafı naminə atılan digər bir çox real addımların şahidiyik.

Ölkə iqtisadiyyatında tərəqqi heç şübhəsiz ki, digər sahələrin də inkişafına təkan verir. Bunun bariz nümunəsi kimi Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi nailiyyətləri də göstərmək olar. Belə ki, paytaxtımızda İlk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının son dərəcə yüksək səviyyədə təşkili, Azərbaycanda mütəmadi olaraq bir sıra digər idman yarışlarının keçirilməsi, idmançılarımızın dünya və Avropa çempionatları, Olimpiya Oyunları kimi nüfuzlu yarışmalarda uğurla çıxış etməsi, medallar qazanması Azərbaycanın dinamik inkişaf edən idman ölkəsinə çevrildiyini nümayiş etdirdi. 2020-ci ildə isə UEFA futbol üzrə Avropa çempionatı kimi milyonlarla azarkeşi olan tədbirin bir neçə oyunu Bakıda keçiriləcək. Bütün bunlar Prezident İlham Əliyevin idman sahəsinə diqqət və qayğısının təzahürüdür.

Həmçinin Bakı beynəlxalq konfranslar, forumlar, simpoziumlar, festivallar və digər irimiqyaslı tədbirlərin ev sahibinə çevrilib.

Azərbaycanda turizm sahəsi də yüksək templə inkişaf edir. Rusiya, İran kimi yaxın qonşu ölkələrdən, ərəb dövlətlərindən və müəyyən qədər Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axını artır. Xarici ölkələrdən insanlar Azərbaycana gəlir, buradakı gözəlliyə, rahatlığa, sabitliyə, təhlükəsizliyə, multikulturalizmə, tolerant mühitə heyran olurlar. Təsadüfi deyil ki, 2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana dünyanın 139 ölkəsindən 352.5 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 12.1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bir daha qeyd edək ki, bütün bu uğurlar ümumilikdə ölkə iqtisadiyyatının inkişafına dəlalət edir.

Dünyada maliyyə-iqtisadi böhranın hökm sürməsinə baxmayaraq, Azərbaycan 2003-2018-ci illərdə bu böhrandan ən az itkilərlə çıxan, eyni zamanda inkişaf edən ölkə oldu. Belə ki, bu illərdə ÜDM 3.2 dəfə, büdcə gəlirləri - 13.5, strateji valyuta ehtiyatları - 23, xarici ticarət dövriyyəsi - 4.6, ölkə ixracı isə 6 dəfə artıb.

Ölkə regionlarının inkişaf etdirilməsi də diqqətdən qaçmamalıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları qəbul edildi, bu proqramların icrası nəticəsində bölgələrimizdə inkişaf sürətləndi, infrastruktur kökündən dəyişdi, yol çəkilişi, su, qaz, elektrik enerjisi ilə təminat insanların rifahını, rahat həyat şəraitini əhəmiyyətli dərəcədə dəyişdi, iqtisadiyyatın inkişafının təkanverici amilinə çevrildi.

Bir sıra statistik rəqəmlər də bu ardıcıl, səlis islahatların eyni zamanda məşğulluğun təmin olunması, əhalinin gəlirlərinin artması ilə nəticələndiyini göstərir. Belə ki, əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə artdı, daimi iş yerlərinin sayı 1 436 200-ə çatdı, işsizliyin səviyyəsi 9,2%-dən 5%-ə, yoxsulluğun səviyyəsi 44%-dən 5,4%-ə endi.

Regionlarda minlərlə yeni təhsil müəssisəsi yenidən tikildi, əsaslı təmir edildi. Minlərlə səhiyyə ocağı, diaqnostik mərkəzlər əhalinin istifadəsinə verildi. 3500 tələbə dövlət hesabına təhsil aldı, ali təhsil alanların sayı 38% artdı və s.

2017-ci ilə qədər ölkədə 11 min km yeni yollar salınıb, 4,9 km metro xətti çəkilib. 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib.

Bu nailiyyətlərin nəticəsidir ki, Azərbaycan hazırda bütün beynəlxalq mötəbər qurumların reytinqlərində qabaqcıl yerlərdədir. Azərbaycan dünyada ərzaq təhlükəsizliyi indeksində 57-ci yerə yüksəldi; rəqabətlilik indeksində 35-ci yerdə qərarlaşdı; innovasiya potensialına görə dünyada 44-cü oldu.

İqtisadi sahədə inkişaf ölkənin valyuta ehtiyatları, eləcə də idxal-ixrac əməliyyatlarında özünü göstərdi.Belə ki, Azərbaycanın valyuta ehtiyatları artıq 44 milyard dollara çatıb. 2007-ci ildə ölkədən 19 milyard 321 milyon manatlıq məhsul ixrac olunduğu halda, 2016-cı ildə bu göstərici 280 milyard 54 milyon manata yüksəldi.

Aqrar sahədəki ki uğurlarımıza da nəzər yetirməliyik. Son 10 ildə bitkiçilik məhsulları 3.1 dəfə, heyvandarlıq - 3.4, ət istehsalı - 1.6, quş əti istehsalı - 4.6, yumurta istehsalı - 1.8, süd istehsalı isə 1.5 dəfə artıb. Kənd təsərrüfatında 2007-ci ildə 2 918 600 ton məhsul istehsal olunmuşdusa, 2016-cı ildə bu göstərici 5 632 400 tona çatdı. 2017-ci ildə 150 min hektar torpaq əkin dövriyyəsinə cəlb edilib.

Son illərdə ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, texniki bitkilərin istehsalı və ixracı da artmaqda davam edir. Əhalinin məşğulluğu təmin olunur, ölkəmizə qeyri-neft sektorundan valyuta axını artır. Məsələn, 2015-ci ildə 35 min ton, 2016-cı ildə 89 min ton, 2017-ci ildə isə 207 min ton pambıq yığılıb. 3 ildə artım təkcə bu sahədə 5,9 dəfə təşkil edib. Baramaçılıq üzrə 2015-ci ildə 236 kq, 2016-cı ildə 70 ton, 2017-ci ildə isə 245 ton barama tədarük edilib. Yəni 3 ildə 1000 dəfədən çox artım olub.

Sön dövrlərdə Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq, çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə, pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirələri keçirilib. Müşavirələrdə dövlət başçısı aqrar sahədə görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verib, istiqamətləri müəyyənləşdirib.

Bütün bunlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatların məntiqi nəticəsidir. Heç şübhəsiz ki, növbəti illərdə də Azərbaycan iqtisadiyyatının artımı davam edəcək, bir çox sahələrdə yeni-yeni nailiyyətlər əldə olunacaq.




Oxunub: 601






SON XƏBƏRLƏR

2024-03-27

01:29 TƏDBIR KEÇİRİLMİŞDİR

Product image

00:24 “Global Times” qəzeti Azərbaycan-Çin münasibətlərini “Dostluğun qızıl standartı” hesab edir

Product image

00:19 Müdafiə Nazirliyi: Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin tərk etdiyi növbəti dayaq məntəqəsi aşkarlanıb

Product image

00:01 Moldova nümayəndə heyəti AŞPA-ya Azərbaycanla bağlı çağırış ünvanlayıb

Product image

2024-03-19

01:06 Bakıda Yeni Hava Limanı Tikilir

Product image

00:47 Bir çox iş axtaran üçün yeni ümid yeri - İşəgötürənlər öz vakansiyalarını gizlədə bilməyəcəklər

Product image

00:44 Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər VİDEO

Product image

00:35 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva

Product image

00:25 Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib VİDEO

Product image

00:20 Bu gün Torpaq çərşənbəsidir

Product image

2024-03-13

23:37 Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image

22:30 "Qarabağ" möhtəşəm qələbəyə görə futbolçularını MÜKAFATLANDIRDI - Hər oyunçuya...

Product image

23:40 Messi və Ronaldo: Son 20 ilin ən dəyərlisi kim olub?

Product image
Təqvim