reklam
USD
4 ℃
EUR
BAKI

Leyla Əliyevadan xeyirxah addım - FOTO

Cəmiyyət / 21.04.2018 13:18
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb.

Fonddan  Carci.tv verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində olub.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub, 2006-cı ildə isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən bina yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib.
Hazırda məktəbdə 306 şagird təhsil alır. Onlardan 135 nəfəri məktəbdə daimi olaraq qalır. Leyla Əliyeva internat məktəbindəki şəraitlə tanış oldu, eyni zamanda Fond tərəfindən yaradılan sinifdə uşaqlarla görüşərək onların təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanıb.
Xatırladaq ki, Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən "Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində məktəbdə uşaqlar üçün xüsusi sinif yaradılıb. 2007-ci ildə açılışı olan sinfə Fond tərəfindən müvafiq tədris vəsaitləri, kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış komyuterlər hədiyyə edilib. Burada, həmçinin audio studiya və kitabxana var. Bildirilib ki, Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı burada kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək, musiqiyə qulaq asmaq, internetə bağlanmaq, məktublaşmaq mümkündür. Daha sonra internat məktəbinin şagirdləri, o cümlədən Rusiyada müxtəlif veriliş və festivallarında iştirak edən istedadları öz ifalarını təqdim edib.



Oxunub: 385






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim