Milli Məclisdə deputatların sayı azaldı
Cəmiyyət / 21.04.2018 19:58
Milli Məclisin deputatlarının sayı 125-dən 122-yə düşüb.
Carci.tv xəbərinə görə, ölkə Prezidenti İlham Əliyevin son sərəncamı ilə Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Şükür oğlu Rzayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.
Azərbaycan Konstitusiyasına əsasən, nazirlər, hökumətə daxil olan digər şəxslər millət vəkili ola bilməzlər.
Bu səbəbdənyaxın zamanlarda R.Rzayevin də deputatlıq səlahiyyətlərinə-fəaliyyətinə xitam veriləcək.
Bundan öncə isə millət vəkillərindən Mehriban Əliyeva birinci vitse-prezident, Əli Əhmədov baş nazirin müavini,o cümlədən, Mübariz QurbanlıDini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edildikləri üçün onların deputalıq fəaliyyətlərinə xitam verilmişdi.
Qeyd edək ki, R.Rzayevin Dövlət Komitəsin sədri təyin olunması ilə millət vəkillərinin sayı 125-dən 122-yə enmiş olacaq.
Bu yerdə qeyd edək ki, 5-cı çağırış parlamentin üzvü olan birinci vitse-prezident Mehriban Əliyevanın deputatlıq fəaliyyətinə 2017-ci ilin yazında xitam verilib.
Ötən həftənin bazar günü isə millət vəkili -71 yaşlı Astan Şahverdiyev qəflətən ürəktutmasından dünyasını dəyişib.
Xatırladaq ki, M.Əliyeva Xəzər rayonunu, A.Şahverdiyev ərazisinin böyük bir hissəsi erməni işğalında olan Cəbrayıl rayonunu, R.Rzayev isə Göygöl rayonunu parlamentdə təmsil ediblər.
Oxunub: 263
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim