reklam
USD
2 ℃
EUR
BAKI

Parisdə Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO

Mədəniyyət / 28.04.2018 11:37
Azərbaycanın Fransadakı səfirliyi və "Ulduz” Assosiasiyasının birgə təşkilatçılığı ilə Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə konsert təşkil edilib.

Konsertdən əvvəl "Ulduz” Assosiasiyasının prezidenti Aytən Muradova Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib. O xatırladıb ki, dahi bəstəkar Qara Qarayevin 100 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il oktyabr ayının 17-də Sərəncam imzalayıb. Böyük bəstəkarın 100 illiyi Azərbaycanda və onun hüdudlarından kənarda qeyd olunur. Qara Qarayev uzun əsrlik qədim milli musiqi irsinin ənənəvi klassik və öz dövrünün ən müasir musiqi formaları ilə son dərəcə ahəngdar vəhdətində çox sayda monumental əsərlər yaradıb.

Sonra gənclər üçün Prezident mükafatı laureatı, Fransanın "Ecole Normale de Musique de Paris - Alfred Cortot” Musiqi Akademiyasının tələbəsi Vurğun Vəkilov Qara Qarayevin əsərlərini ifa edib.

"Gənc pianoçunun daxili alovlarını gördüm. O, kiçik cüssəli gəncdir. Amma birdən onun daxili gücü özünü göstərdi. Onun daxilində həssaslıq, sakitlik və onlarla kontrastda olan müstəsna bir güc var. Düşünürəm ki, pianoçu ilə bəstəkarın musiqi ruhu çox oxşardır. Gənc pianoçu bəzən musiqinin təsirindən gözlərini yumur, səmaya baxırdı. Sanki bəstəkara baxıb onun hiss edir və ona uyğun ifa edirdi. Bəstəkar çox zəngin musiqi yazıb, gənc pianoçu isə onu böyük səylə, entuziyasmla, həssaslıq və istedadla ifa edirdi”, –deyə Vinner Art jurnalının direktoru Vera Bodey AZƏRTAC-a müsahibəsində qeyd edib.

"Qara Qarayevin bəstələrini çox sevirəm. Qara Qarayevin 100 illik yubileyi qeyd olunur. Fransız bəstəkarı Debusinin, eləcə də ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) də 100 illiyidir. Gördüyünüz kimi üç yüzillik üst-üstə düşür. Mən Bakıda Fransa səfirliyinin mədəniyyət işləri üzrə müşaviriyəm. AXC-nin 100 illiyi münasibətilə Bakıda Qara Qarayevin və Klod Debusinin əsərlərindən ibarət konsert təşkil etmək və beləliklə bu üç əlamətdar 100 illik yubileyi birlikdə qeyd etməyi planlaşdırıram.

Gənc pianoçu Vurğun Vəkilovun ifasını yüksək qiymətləndirirəm. O, Bakı Bülbül adına musiqi məktəbini bitirib. İndi isə "Ecole Normale de Musique de Paris - Alfred Cortot” Musiqi Akademiyasında təhsilini davam etdirir. Bu artıq iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın çox yaxşı nümunəsidir”-deyə Fransanın ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Johan Şitterer bildirib.

Vəkil Alen Tremolyer deyib: "Dahi bəstəkarlar dünyanın müxtəlif qütblərində yerləşən və bir-birindən uzaq ölkələrdə olsalar da çox oxşar olurlar. Qara Qarayevin musiqisini dinlədikcə sanki Klod Debusinin bəstələrini dinləyirdim. Hər iki dahi bəstəkarın 100 illik yubileyi qeyd olunur. Məndə elə təsəvvür yarandı ki, hər iki bəstəkar bir yerdə çalışıblar. Gənc pianoçu Vurğun Vəkilovun istedadına heyranam. Bu axşam Vurğun öz əvəzsiz ifası ilə dinləyiciləri sözün əsil mənasında heyran etdi. Buna görə ona təşəkkür edirəm”.

Gənc pianoçu Vurğun Vəkilov Parisdə dahi bəstəkarımız Qara Qarayevin 100 illik yubileyinə həsr edilmiş tədbirdə onun əsərlərin ifa etməkdən çox şad olduğunu bildirib. Qeyd edib ki, səsləndirdiyi əsərlər ona çox yaxındır. "Əvvəlcə uşaqlıq vaxtı ifa etdiyim əsərlərini səsləndirdim. Sanki keçmişə qayıtdım, həmin dövrü yenidən yaşadım. Xoş xatirələr yada düşdü. Sonra Q. Qarayevin "24 prelüd” fortepiano silsiləsindən bir neçə prelüdü və "Yeddi gözəl” baletindən vals, "İldırımlı yollarla” baletindən "Lay-lay” və "Ehtiraslı qızın rəqsi” parçalar təqdim etdim”,-deyə V. Vəkilov vurğulayıb. (AZƏRTAC)


Oxunub: 391






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim