reklam
USD
9 ℃
EUR
BAKI

AŞPA-nın son “hesabat”ı Azərbaycana qarşı ikili standartlar siyasətinin davamıdır

RƏSMİ / 28.04.2018 12:21
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) uydurma "korrupsiya hesabatı” heç bir real fakta söykənməyən, ermənipərəst mərkəzlərlə şübhəli sövdələşməsi olan bəzi avropalı "siyasətçilər”in Azərbaycanın ünvanına səsləndirdikləri şər-böhtana, subyektiv mülahizələrə əsaslanır. Bu "hesabat”ın nə qədər qərəzli və qeyri-obyektiv olduğu, həqiqətdən uzaq olması orada əksini tapan absurd iddialardan da aydın şəkildə görünür. Bu hesabatda məntiq və ciddi yanaşma yoxdur. "Hesabat”ı oxuyanda Azərbaycana qara yaxmaq, onu bu təşkilatın gerçək gündəmindən kənarda qoymaq məqsədi aydın görünür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib.

Sevinc Fətəliyeva qeyd edib ki, real faktlara söykənməyən bu "hesabat” qəbuledilməzdir. Bəzi anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı apardıqları qara piar kampaniyasının son dövrlər daha da fəallaşdığını müşahidə edirik. AŞPA-nın son "hesabat”ı bu kampaniyanın tərkib hissəsidir, Qərbdə mövcud olan islamofob və ermənipərəst qrupların təşkil etdiyi oyundur.

Deputat qeyd edib ki, Azərbaycan heç vaxt öz milli maraqlarını, müstəqil siyasətini kiməsə güzəştə getməyib və getməyəcək. Ölkəmizə qarşı təzyiqlər göstərmək cəhdləri hər zaman iflasa uğrayıb. AŞPA-da müxtəlif vaxtlarda ölkəmizə qarşı xoş niyyətə söykənməyən belə kampaniyalar müşahidə edilib və Azərbaycan dövləti belə addımlara qarşı müvafiq tədbirlər görüb. Bu "hesabat” AŞPA-da Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Bütün bu cəhdlər nəyə yönəlib? Azərbaycanı öz demokratiya yolundan döndərməyə? Azərbaycanı radikallaşdırmağa? Dəyərlərimizi dəyişdirməyə? Bu, heç zaman baş verməyəcək. Bütün bu cəhdlər əbəsdir. Azərbaycan heç zaman öz demokratiya yolundan dönməyəcək. Bütün bu hiyləgər oyunlara, təzyiqlərə və ədalətsizliklərə baxmayaraq, biz demokratiya dəyərlərinə sadiqliyimizi qoruyub saxlayacağıq.

Nümayəndə heyətinin üzvü vurğulayıb ki, Ermənistanda baş verən hadisələrdən diqqəti tam yayındırmaq üçün AŞPA-nın yaz sessiyası sanki Azərbaycana həsr edilmişdi. Azərbaycana qarşı yönəlmiş bu oyun neçə illərdir ki, AŞPA-da ölkəmizə qarşı olan ikili standartların davamıdır.


Oxunub: 459






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim