Bakıda taksi sürücüsü çinli turisti aldadıb? - TƏFƏRRÜAT - VİDEO
CANLI TV / 28.04.2018 14:02
Sosial şəbəkələrdə Bakıda bir çinli turistin taksi sürücüsü tərəfindən aldadıldığı ilə bağlı məlumatlar yayılıb. Bu hadisə sosial şəbəkə istifadəçilərinin narazılığı və mürazakirəsinə səbəb olub. Əməkdaşlarımiz həm həmin taksi sürücüsünün, həm də şirkətin mövqeyini öyrəniblər.
Carci.tv məlumatına görə,çinli turist Eason Zhanq başına gələn bu hadisə ilə bağlı sosial şəbəkədə status paylaşıb. Bu isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. O iddia edir ki, 10-TH-917 dövlət qeydiyyat nişanlı taksi avtomobilinə minib və sürücüyə "Port Baku"dan metronun "Gənclik" stansiyasının yaxınlığında yerləşən "Abu Arena"ya aparmasını deyib. Turist iddia edib ki, həmin taksi sürücüsü avtomobil hərəkətə başlayarkən taksometri işə salmayıb və mənzil başına çatdıqda ondan 15 manat pul istəyib.
Çinli turist paylaşdığı statusda qeyd edib ki, ödəniş haqqı artıq istənildiyi üçün buna etiraz edib. Bunda sonra sürücü qapını bağlayıb və yalnız pulu ödədikdən sonra qapını açacağını deyib.
Məsələ ilə bağlı həm sürücünün fəaliyyət göstərdiyi şirkətlə, həm də özü ilə əlaqə saxladıq. Məlum oldu ki, taksi avtomobilini idarə edən Şahafəddin Məmmədovdur. Onun sözlərinə görə, çinli turistən aparacağı ünvana görə 15 manat yox, 10 manat pul istəyib.
Şahafəddin Məmmədov etiraf edir ki, avtomobili hərəkətə gətirən zaman taksometri işə salmayıb. Turistlə mübahisəsi də buna görə olub. Lakin qapını bağlayıb turisti düşürməməsi məsələsinə gəldikdə, sürücü bunların yalan olduğunu bildirdi.
Məsələ ilə bağlı həmin sürücünün çalışdığı taksi şirkətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, Şahafəddin Məmmədova avtomobildə taksometri işə salmamasına görə cərimə tətbiq edilib. Bununla yanaşı, sürücüyə bir daha belə xətaya yol verərsə işdən azad olunacağı ilə bağlı xəbərdarlıq edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 327
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim