reklam
USD
3 ℃
EUR
BAKI

Türkiyədən turistlər bizə niyə gəlmir? – Təyyarə qiymətləri baha, reklam yox

İqtisadiyyat / 30.04.2018 09:44
Son illər Gürcüstanla Türkiyə arasında turizm sektoru sahəsində ciddi irəliləyiş qeydə alınır. Hər il minlərlə türkiyəli turist Gürcüstana səyahət edir, eyni göstəricidə əks tərəfdə qeydə alınır. Amma nədənsə Türkiyənin bu sektorda dost və qardaş ölkə Azərbaycana marağının olmaması diqqət çəkir.

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Turizm Administratorları və Səyahət Agentləri Dərnəyinin (TİSAD) rəhbəri Murat Çavga ilginc açıqlama verib. O hesab edir ki, dost və qardaş ölkə Azərbaycanla Türkiyə arasında turizm sektorunun inkişaf etməməsinin iki əsas səbəbi var:

"Bunun ən vacib səbəbi Azərbaycana təyyarə ilə getmək haqlarının yüksək olmasıdır. Digər əsas səbəb, Azərbaycanın özünün Türkiyədə reklam fəaliyyətinə lazımi diqqət yetirməməsidir. Azərbaycanın tur şirkətlərinin Türkiyədə təqdimatları yetərli səviyyədə deyil. Bu çox əhəmiyyətli bir faktordur. Təqdimat olmadığı üçün Türkiyədən Azərbaycana turist axını yoxdur və ya az olur”.



Çavga onuda qeyd edib ki, Azərbaycanda bu məqsədlər üçün normal fəaliyyət göstərən turizm agentliyi tapmaq çətindir: "Azərbaycanda turizm agentliklərinin sayı hazırda olduqca azdır. Azərbaycana tur təşkil etmək üçün Türkiyədəki agentliklərinin olması vacibdir. Bununla belə Türkiyədəki şirkətlər Azərbaycanda normal əməkdaşlıq edə biləcək tərəfdaşlıq agentlikləri tapmaqda çətinlik çəkirlər. Əgər bu poblemlər aradan qaldırılsa Azərbaycan Türkiyədən turist axını əldə edə biləcək".



Çavga hesab edib ki, Azərbaycanın turizm infrastrukturu ölkəsində çox reklam edilmədiyi üçün türk vətəndaşları orada qurulan şəraitdən xəbərsizdir və qardaş ölkədə tətillərini düşünmürlər.

"İnsanların əksəriyəti ildə bir dəfə tətil büdcəsi ayırır və hansısa ölkəyə bir həftəlik tətilə gedir. Onlar istəyir ki, o bir həftəni problemsiz, çətinlik olmadan, rahat və ən əsası ucuz qiymətə səfər etsinlər. Azərbaycan turizm infrastrukturunun tanıtımı çox olmadığı üçün türk vətəndaşları orada tətili düşünmür. Bununla belə, Azərbaycana gedən qonaqlarımızı oradakı yerli agentliklər normal qarşılamırlar. Qonaqpərvərlik və digər turist cəlbetmə baxımından tur şirkətlərində bir qədər geriləmə var".



TÜRSAB-ın Şərqi Qaradəniz Bölgələr üzrə icraçı direktoru Suat Gürkök bildirib ki, ötən il iki ölkə arasında bu sahədə əməkdaşlıq etmək üçün proqram hazırlanıb: "O zaman iki ölkə arasında bölgələrdən də təyyarə reyslərinin açılmasını istəyirdik və qiymətlərin bir qədər ucuz olacağını düşünürdük. Amma bu baş tutmadı. Türk vətəndaşlarının qardaş ölkəni seçməməsinin əsas səbəbi bölgələrdən birbaşa təyyarə reyslərinin olmamasıdır. İstanbul və Ankaraya təyyarə reysləri var. Bölgələrdən durub bu hava limanına gəlmək də baha başa gəlir. Bununla belə təyyarə biletlərinin qiyməti də çox yüksəkdir”.

Amid Əyyuboğlu


Oxunub: 447






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim