General Əlixanov işdən çıxarıldı - Yenilənib + Səs yazısı
RƏSMİ / 03.05.2018 14:24
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.
Unikal.org-a istinadən xəbər verir ki, ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.
Məsələ ilə bağlı sayta açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: "Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələki yerimə təyinat yoxdur”.
***
"Qafqazinfo" xəbər verir ki, Hüseyn Əlixanov bir müddət əvvəl məhbuslar- "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov vəƏli Ağaminin xüsusi təyinatlı vaqondan qaçması ilə gündəmə gəlmişdi. Belə ki, generalın bacısı oğlu,qarovul rəisi Ceyhun Səmədov ölkə gündəmini zəbt edən bu olayla bağlı saxlanılmışdı. O,Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) iləcinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü Etibar Məmmədov və 1989-cu il təvəllüdlü Əli Ağami qaçıblar.
E.Məmmədov saxlanılması üçün keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib. Ə.Ağami isə Şirvan şəhərində saxlanılıb.
***
Qeyd edək ki, generalın işdən çıxarılıb – çıxarılmaması haqda bir-birini təkzib edən açıqlamalar da yayılıb.
Belə ki, Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, H. Əlixanov işdən çıxarılmayıb: "O, hazırda məzuniyyətədədir. Mayın sonuna qədər məzuniyyət müddəti var. Rəsmi şəkildə işdən çıxarılmayıb”.
Amma xidmətin digər əməkdaşı Trend-ə açıqlamasında generalın vəzifədən azad edildiyini bildirib.
Bundan başqa H. Əlixanov başqa bir sayta açıqlamasında məzuniyyətdə olduğunu deyib.
Belə bir durumda xəbərin ilk mənbəsi unikal.org saytı generaldan aldığı açıqlamasının səs yazısını yayıb. Açıqlamada general artıq təqaüdə çıxdığını deyir. Həmçinin, yerinə təyinat olmadığını da qeyd edir.
Səs yazısını təqdim edirik:
Oxunub: 352
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim