Avropa Trampı qərarından DÖNDƏRƏ BİLMƏDİ - Mayın 12-də İranın aqibəti bəlli olacaq
Dünya / 07.05.2018 11:45
Ötən həftə ABŞ prezidenti Donald Trampın yaxını və yeni baş vəkili Rudolf Qiuliani prezidentin İranla nüvə silahlarına dair əldə edilən razılaşmadan geri çəkilmək istədiyini bildirmişdi.
Vaşinqtonda keçirilən İran Azadlıq, İnsan haqları və Demokratiya Konfransında çıxış edən vəkil "Orta Şərqdə sülhü təmin etməyin tək yolu İranda rejimi dəyişməkdir” deyib və Trampın bu mövzuda qəti qərar qəbul etdiyini bildirib.
Tramp üçün İrandakı rejimin dəyişməsi İsrail-Fələstin sülhündən belə önəmli hala gəlib.
ABŞ prezidenti ötən ilin dekabrında İranda iqtisadi böhranla bağlı başlayan və hökuməti ittiham edən etiraz aksiyaları zamanı "dəyişikliyin zamanı gəldi” və "İran xalqı illərdir təzyiq altında saxlanılır” ifadələrini sosial media hesabında paylaşmışdı. Trampın B5+1 (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin ve Almaniya) ölkələri ilə İran arasında 2015-ci ildə imzalanan və İranın nüvə proqramını məhdudlaşdırmasına qarşılıq olaraq ona tətbiq edilən beynəlxalq sanksiyaları ləğv etməsini vəd edən razılaşmanın aqibətinə 12 may tarixində qərar verəcəyi bildirilir.
Ötən həftə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Vaşinqtona səfəri zamanı Trampı razılaşmaya sadiq qalmağa çağırmış, ancaq istədikləri nəticəni ala bilməmişdilər.
Trampın hansı nəticəyə gələcəyi böyük maraq dairəsində ikən İran prezidenti Həsən Ruhani Vaşinqtonun razılşmadan vaz keçəcəyi təqdirdə, tarixi bir peşmanlıq yaşayacağını deyib./publika.az
Oxunub: 282
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim