Neftin qiyməti sürətlə bahalaşa bilər - VİDEO
İqtisadiyyat / 10.05.2018 09:15
ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişini ləğv etməsi dünya bazarında neftin qiymətinin bahalaşmasına səbəb olub. Ekspertlər qısa zamanda neftin qiymətinin 80 dolları ötəcəyini düşünürlər.
Carci.tv bildirir ki, Tramp İranla olan nüvə sazişini ləğv edərək dünya neft bazarında yeni bir tendensiyanın əsasını qoydu. Bu da ixrac olunan İran neftinin dünya bazarında azalması hesabına neftin həcminin aşağı düşməsi və nəticədə neftin qiymətinin sürətlə artması ehtimalıdır.
Trampın qərarını açıqladığı gün neftin qiymətinin artması bunun yaxın gələcəkdə daha böyük rəqəmlərlə ifadə olunacağından xəbər verir.
Ekspert Rəşad Həsənov bildirir ki, neftin qiyməti 90 dollara qədər bahalaşa bilər. Bahalaşma xüsusilə ilkin dönəmdə daha çox nəzərə çarpacaq.
İqtisadçı deyir ki, bunlar indiyə olan proqnozlardır. Çünki bir sıra qərb ölkələri Amerikanın nüvə sazişindən çıxmasını yaxşı qarşılamayıblar. Buna görə də ola bilsin ki, Qərb ölkələrinin heç də hamısı İrana qarşı sanksiyalara qoşulmadılar. Belə olacağı təqdirdə İran neftinə dünya bazarında olan təzyiqlər azala bilər. Qısacası dünya bazarının uzunmüddətli dövr üçün qiyməti Birləşmiş Ştatlarla Qərb ölkələrinin İrana qarşı birgə münasibətinin məcmusundan asılı olacaq./xezerxeber.az
Oxunub: 266
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR İDMAN09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim