reklam
USD
6 ℃
EUR
BAKI

Azərbaycanla Ukrayna arasında yeni marşrutların açılması barədə razılığa gəlinib

İqtisadiyyat / 31.05.2018 16:05
Bakıda Azərbaycanla Ukrayna arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində "Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Ukrayna nümayəndə heyətinə İnfrastruktur Nazirliyinin Avtomobil Nəqliyyatı Departamentinin direktoru Viktor Sasin rəhbərlik edib.

İclasda Azərbaycanla Ukrayna arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi H.Həsənov Ukrayna ərazisinə daxil olan Azərbaycan avtodaşıyıcılarının bəzi hallarda sərhəd-keçid məntəqələrində gömrük nəzarəti orqanlarının əməkdaşları tərəfindən, eyni zamanda Ukrayna ərazisi ilə daşımaları yerinə yetirərkən Avtomobil Nəqliyyatı Departamentinin müfəttişləri tərəfindən lüzumsuz yoxlamalar və haqsız tələblərlə rastlaşdıqlarını Ukrayna nümayəndə heyətinin diqqətinə çatdırıb. Eyni zamanda qeyd olunub ki, qarşılıqlı əməkdaşlıqda lüzumsuz maneələri aradan qaldırmaq məqsədilə Ukrayna daşıyıcılarının Azərbaycan Respublikasının ərazisinə daxil olarkən standartdan kənar heç bir xüsusi yoxlama halları ilə qarşılaşmaması üçün tam münbit şərait təmin edilib.

Ukraynanın İnfrastruktur Nazirliyinin Avtomobil Nəqliyyatı Departamentinin direktoru V.Sasin qeyd olunan məsələnin araşdırılaraq, zəruri tədbirlər görüləcəyini bildirib və Ukrayna hökuməti tərəfindən beynəlxalq nəqliyyat daşımaları sahəsində tezliklə elektron xidmətlərin tətbiq ediləcəyinə dair innovativ yenilik barədə nümayəndə heyətimizə məlumat verilib.

Tərəflər, hazırda ölkələrimiz arasında "Bakı – Kiyev - Bakı" beynəlxalq sərnişin daşınması marşrutunun fəaliyyət göstərdiyini vurğulayaraq, gələcəkdə Azərbaycan Respublikası ilə Ukrayna arasında sərnişin axınının vəziyyətinin öyrənilməsi, zərurət olduğu halda, Ukraynanın digər şəhərləri arasında beynəlxalq sərnişin daşınması üçün yeni marşrutların açılması barədə razılığa gəliblər.

Eyni zamanda, 2019-cu ildə ölkələrimiz arasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün "İcazə"lərin kvota sayının müəyyənləşdirilməsi barədə geniş müzakirələr aparılaraq, qarşılıqlı təkliflər irəli sürülməsinə dair növbəti iclasda bu məsələyə yenidən baxılacağı bildirilib.

Yuxarıda qeyd edilən problemlər, həmçinin reqlamentdə nəzərdə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyəti arasında müvafiq Protokolun imzalanması ilə "Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası öz işinə yekun vurub.


Oxunub: 367






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim