reklam
USD
6 ℃
EUR
BAKI

Bəzi marşrut xətləri ilə bağlı müsabiqə elan edilib

İqtisadiyyat / 01.06.2018 09:12
Bakı Nəqliyyat Agentliyi "Beynəlxalq Avtovağzal” kompleksi – "8-ci km Bazarı”nı əlaqələndirən 20 nömrəli və Yeni Yasamal qəsəbəsi ("Qismət” ş.s) – "Xalqlar Dostluğu” metrostansiyasını əlaqələndirən 94 nömrəli marşrut xətləri ilə bağlı müsabiqə elan edib.

BNA-dan verilən məlumata görə, hər iki marşrut xətti ilə bağlı aparılan kompleks təhlillərlə müəyyən edilib ki, 20 və 94 nömrəli marşrut xətlərinin ayrı-ayrı daşıyıcılar tərəfindən istismar edilməsi, hərəkət sxemlərinin üst-üstə düşməsi (20 Yanvar metrostansiyasından "8-ci km Bazarı”na qədər) Ziya Bünyadov prospektində avtobus sürücüləri arasında mütəmadi olaraq ötmə əməliyyatlarının aparılmasına, tıxacların yaranmasına səbəb olurdu. Qeyd edilən marşrut xətləri üzrə avtobus sürücülərinin təhlükəli manevr və ötmə əməliyyatları etməsi səbəbindən dəfələrlə ağır yol nəqliyyat hadisələri də baş verirdi. Bununla yanaşı, hər iki marşruta aid avtobus sürücülərinin sərnişinlərlə etik davranış qaydlarını pozmaları və təhlükəsizlik tədbirlərinə riayət etməmələri barədə 141 Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olurdu.

Qeyd edilən nöqsanların aradan qaldırılması və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılması üçün 20 və 94 nömrəli marşrutların birləşdirilərək müsabiqə yolu ilə bir daşıyıcı tərəfindən istismar edilməsinə qərar verilib. Vahid hərəkət cədvəli ilə xidmət göstərəcək hər iki marşrutun son dayanacaq məntəqəsi də dəyişdirilib. Dəyişikliyə əsasən, avtobuslar Yeni Yasamal qəsəbəsi ("Qismət” ş.s)-Əhmədli metrostansiyası və Beynəlxalq Avtovağzal Kompleksi-Əhmədli metrostansiyası istiqamətində sərnişinlərə xidmət göstərəcək.

Müsabiqə şərtlərinə əsasən, daşıyıcıdan ən azı 35 avtobus tələb olunur. Bu avtobuslar minimum 75 sərnişin tutumuna və 24 oturacaq yerlərinə malik olmalıdır. Bundan başqa, avtobuslar səhər saat 05:30-da reysə başlamalı, 23:59-də isə reysi bitirməlidir. Müsabiqəyə dair sənədlər toplusu 05.06.2018 tarixində Bakı Nəqliyyat Agentliyinin www.bna.az rəsmi saytında yerləşdirilib. Müsabiqədə iştirak etmək istəyən və maraqlanan şəxslər tanış ola bilər. Təkliflərin qiymətləndirilməsi zamanı daşıyıcılara (sahibkarlara) aşağıdakı meyarlarına görə üstünlük veriləcəkdir:

1. Müasir standartlara cavab verən istehsalat bazasına (qaraj) malik olması.

2. İstehsalat bazalarının avtobus sayına müvafiq təmir zonalarına, inzibati binaya və parklanma ərazisinə malik olması.

3. Yeni müasir avadanlıqlarla təhciz edilmiş nəqliyyat vasitələrinə (avtobuslara) malik olması;

4. Sürücü bazası və müvafiq işçi heyətə malik olması.

Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır.


Oxunub: 436






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim