reklam
USD
13 ℃
EUR
BAKI

Pekində Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media-Sammiti keçirilib - FOTO

Dünya / 01.06.2018 09:24
İyunun 1-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) birinci Media-Sammiti keçirilib.

  AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv, müşahidəçi və dialoq tərəfdaşı olan ölkələrin media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Təşkilatın dialoq üzrə tərəfdaşı olan Azərbaycanı Media-Sammitdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanov təmsil edib.

Sammitdə çıxış edən Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Xuan Kunmin bildirib ki, Media-Sammitin keçirilməsi təşəbbüsü ilə ilk dəfə ŞƏT-in üzvü olan ölkə rəhbərlərinin sammitində Çin Xalq Respublikasının sədri Si Cinpin çıxış edib. O bildirib ki, media xalqları birləşdirmək, sülhü və inkişafı təşviq etmək üçün mühüm vasitədir. "Bu gücdən ŞƏT-in məramlarının tanıdılması məqsədilə geniş istifadə etmək lazımdır. Mətbuat ŞƏT öllkələri arasında dialoqun inkişaf etməsinə böyük töhfə verə bilər. Buna görə də təşkilatın inkişafına və Şanxay ruhunun geniş təbliğinə mətbuat diqqəti artırmalıdır", - deyən Xuan Kunmin medianın terrorizm və ekstremizmlə mübarizədə, təhlükəsizlik və sülhün təbliğində rolundan danışıb.

Təşkilatın baş katibi Rəşid Əlimov sammiti tarixi hadisə adlandırıb. O, bu formatın, ilk növbədə, media qurumları arasında informasiya, təcrübə və kadr mübadiləsi üçün əhəmiyyətli olduğunu qeyd edib. R.Əlimov jurnalistlərin cəmiyyətdə vacib rolunu vurğulayıb, hadisələrin işıqlandırılmasında obyektivliyin əhəmiyyətini önə çəkib.

İyunun 9-10-da Çinin Sindao şəhərində keçiriləcək ŞƏT dövlət rəhbərləri sammiti haqqında məlumat verən baş katib orada 20-yə qədər sənədin imzalanacağını, UNESCO ilə razılaşma əldə olunacağını deyib.

Media-Samitdə "KİV-lər arasında informasiya mübadiləsinin möhkəmləndirilməsi və əməkdaşlıq təşəbbüsü" qəbul olunub.

Sonra sənədlərin imzalanması mərasimi olub. AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi arasında informasiya mübadiləsinə dair Əməkdaşlıq Sazişi imzalanıb.

Saziş iki agentlik arasında gündəlik olaraq xəbər, foto və video mübadiləsi, sosial mediada əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, tərəflər mütəmadi olaraq yeni media redaktorları və informasiya texnologiyaları mütəxəssislərinin qarşılıqlı təcrübə mübadiləsini təşkil edəcəklər.

Tədbir panel iclasları ilə davam edib.

© xezerxeber.az

FOTOQALERIYA



Oxunub: 431






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim