Dünyanın ən bahalı 10 saatı - FOTOLAR
Maraqlı / 01.06.2018 10:23
"Top Expensive” nəşridünyanın ən bahalı qol saatlarının onluğunu açıqlayıb.
Həmin saatların qiymətlərini və fotoşəkillərini təqdim edirik.
10. "Franck Muller Aeternitas Mega 4”
2,7 milyon dollara satılan saat ümumilikdə 1483 komponentdən ibarətdir. 1000 ili əhatə edən düzgün təqvimi var.
9. "Rolex Daytona Ref. 6263 Oyster Albino”
Qiyməti 4 milyon dollardır. "Rolex”in satdığı ən bahalı saat modelidir. Unikal dizayna malik saat cəmi dörd nüsxədə buraxılıb.
8. "Breguet Antique Number 2667”
4,5 milyon dollara satılır. 18 karatlı qızılla cilalanıb
7. "Louis Moinet Meteoris”
Qiyməti 4.8 milyon dollar təşkil edir. Qara dəridən bağları olan saat yalnız dörd nüsxədə buraxılıb.
6. "Hublot Big Bang "
"Qara kürü” dizaynında olan eleqant saat hər biri üç karat olan 1280 briliyant daşı ilə bəzədilib.
5. "Patek Philippe Ref. 1518”
Dörd nüsxədə buraxılan unikal dizayna malik saat bu yaxınlarda hərrac evində 11 milyon dollara çəkic altına gəlib. Digər nüsxələrdənfərqli olaraq bunun bağları polad materialdan hazırlanıb.
4. "Jacob & Co. Billionaire Watch”
Adından da göründüyü kimi milyarderlərə məxsus mürəkkəb dizaynlı saatdır. Qiyməti 18 milyon dollar təşkil edir. 260 karatlı brilyantla bəzədilib.
3. "Patek Philippe Henry Graves Supercomplication”
Qiyməti 24 milyon dollardır. Hər saatın sonunda Vestminster zınqırovunun zəngini çalır. Günəşin çıxma və batma vaxtını göstərir.
2. "Graff Diamonds The Fascination”
Qiyməti 40 milyon dollar təşkil edir. 152,96 karat ağ brilyantdan və 38.13 karat adi brilyantla bəzədilib. Bağlarından kənarlaşdırılıb üzük kimi taxıla bilər.
1. "Graff Diamonds Hallucination”
Dünyanın ən bahalı saatı sayılan bu model də "Graff Diamonds” şirkətinə məxsusdur. Platin qolbağ üzərinə yerləşdirilmiş 110 karatlı rəngli brilyant daşlardantəşkil olunub.Saatı açmaq üçün müəyyən brilyant daşını sıxmaq lazım gəlir. Bu unikal sənət əsərinin hazırlanmasına minlərlə saat vaxt sərf olunub.
Oxunub: 379
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim