reklam
USD
6 ℃
EUR
BAKI

Dövlət Neft Fondu investisiya planlarını açıqlayıb

İqtisadiyyat / 03.06.2018 17:30
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) səhmlərə investisiyalarının artması dünya iqtisadiyyatında müşahidə olunan trendlərdən də asılı olacaq. Bu barədə Trend-ə Fonddan məlumat veriblər.

SOFAZ-dan bildirilib ki, bundan əvvəl deyildiyi kimi, Fondun strategiyasının əsas istiqamətlərindən biri tamamilə şaxələndirilmiş portfelin yaradılmasıdır:

"2012-ci ildən Dövlət Neft Fondu özündə müxtəlif şirkətləri, ölkələri və sahələri birləşdirən dünya səhm bazarına investisiya qoymağa başladı. Qeyd olunmalıdır ki, bu proses həm xarici menecerlərin, həm də Fondun mütəxəssislərinin köməyi ilə həyata keçirilib”.

SOFAZ-dan xatırladıblar ki, 2018-ci ilin birinci rübünün sonuna investisiya portfelində səhmlərin payı 14,2 faiz təşkil edib. Fondun investisiya siyasətinə uyğun olaraq, səhmlərə portfelin 25 faizinədək investisiya qoyula bilər:

"Gələcəkdə səhmlərə yeni yatırımlar dünya iqtisadiyyatındakı trendlərdən, həmçinin səhmlər, gəlirlər, volatillik və bir çox digər amillər daxil olmaqla, səhm bazarındakı vəziyyətdən asılı olacaq”.

Qeyd olunub ki, 2018-ci il aprelin 1-nə Dövlət Neft Fondunun investisiya portfelinin ümumi həcmi 37,63 milyard ABŞ dolları ( ötən il 35,806 milyard dollar) və ya ümumi aktivlərin təxminən 100 faizini təşkil edib. Beləliklə, Fondun investisiya portfelinin 3,4 faizi həcmində sərmayə qızıla, 5,8 faizi daşınmaz əmlaka, 14,2 faizi səhmlərə, 76,6 faizi isə istiqrazlar və digər pul bazarı alətlərinə qoyulub.


Oxunub: 345






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim