Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib - VİDEO
RƏSMİ / 10.06.2018 10:36
"Ümid edirəm ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Azərbaycan torpaqlarının işğalı faktına adekvat qiymət verəcək".
Xezerxeber.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitinə etdiyi müraciətdə qeyd edib. Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun oxuduğu müraciətdə ölkəmizin qazandığı uğurlardan bəhs edilib və sammitin işinə uğurlar arzulanıb.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov parlamentin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün gördüyü işlər haqqında qısa məlumat verib və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışıb.
Çıxış edən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul edildiyini və buna son qoymaq lazım olduğunu bildirib. O, Azərbaycanın geosiyasi proseslərdə, nəqliyyat, enerji məsələlərində çox ciddi rol oynadığını da əlavə edib.
Tədbirdə çıxış edən millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansını Cənubi Qafqazdakı münaqişələrə həssas yanaşmağa çağırıb.
Sammit çərçivəsində enerji təhlükəsizliyi, iqtisadi azadlıq, rəqəmsal iqtisadiyyat, təhsil transformasiyası, nəqliyyat və s. mövzular ətrafında debatlar keçirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 346
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim