Qaz sayğaclarının plombları çürüdüyü üçün abonentlər cərimələnir - VİDEO
CANLI TV / 10.06.2018 09:07
Qaz sayğacının plombu çürüdüyü üçün abonent cərimələnib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 29-da yaşayan Qasım Abbasovun başına gəlib. Üç gün öncə "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri Qasım Abbasova məxsus qaz sayğacının plombunu dəyişiblər. Səbəb kimi isə plombun çürüdüyünü göstəriblər.
Ötən gün isə Qasım Abbasova plombun qırılması ilə bağlı cərimə protokolu göndərilib.
Həmin küçədə yaşayan bir neçə abonentin də qaz sayğacının plombları çürüdüyü üçün dəyişdirilib.Onlara da müxtəlif məbləğdə cərimə protokollarıgöndərilib.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbəlayev "Xəzər Xəbər"ə bildirdi ki, sayğacın plombu qırılarsa və ya digər çatışmazlıq yaranarsa, ilk növbədə abonent özü 185 saylı çağrı mərkəzinə zəng edib məlumat verməlidir. Bu zaman onun müraciəti qeydiyyata alınaraq sayğaca baxış keçirilir və araşdırma aparılaraq müvafiq tədbirlər görülür. Plombdakı çatışmazlığı "Azəriqaz"ın əməkdaşları aşkar etdikdə isə abonentə cərimə tətbiq olunur. Bu səbəbdən də bu cür hallarda ilk olaraq vətəndaşın özünün məlumat verməsi məsləhət görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 364
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim