reklam
USD
6 ℃
EUR
BAKI

Avropanın 9 ölkəsi birgə qoşun yaradır

Dünya / 26.06.2018 13:25
Avropa İttifaqına (Aİ) üzv olan 8 ölkə - Fransa, Almaniya, Belçika, Danimarka, Hollandiya, Estoniya, İspaniya və Portuqaliya İttifaqdan və NATO-dan kənar, müstəqil şəkildə fəaliyyət göstərəcək qoşun yaratmaq barədə razılığa gəliblər.

Həmin ölkələrin Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən müdafiə nazirləri bu barədə niyyət məktubunu imzalayıblar.

Hazırda "Brexit”lə əlaqədar Aİ-dan çıxmağa dair müzakirələr aparan Böyük Britaniyanın da bu prosesə qoşularaq sənədə imza atması diqqət çəkib. Qeyd olunub ki, bununla London İttifaqdan ayrıldıqdan sonra üzv dövlətlərlə müdafiə sahəsində əməkdaşlığı davam etdirmək imkanına malik olacaq.

9 Avropa ölkəsinin ümumi müdafiə sahəsindəki bu əməkdaşlığı "Avropa Müdaxilə Təşəbbüsü” adlanır və böhranlar zamanı hərbçilərin çevik formada hərəkətə keçərək müdaxiləni asanlaşdırmaq məqsədi daşıyır. Müdafiə sahəsində bu cür ortaq əməkdaşlıq Fransanın təşəbbüsü ilə ortaya atılıb. Layihə çərçivəsində həyata keçiriləcək əməliyyatlara ölkələrin dəstək verib-verməməsi isə beynəlxalq səviyyədə alınacaq qərar olacaq.

Qərb ekspertlərinin fikrincə, Aİ-nın 9 ölkəsinin digər üzv dövlətlərdən ayrı və müstəqil şəkildə davranaraq, müdafiə kimi strateji və ciddi bir sahədə ortaq əməkdaşlıq barədə qərar qəbul etmələri İttifaq daxilində parçalanmaya gətirib çıxara bilər. NATO büdcəsinə pul verməyə xəsislik edən ölkələrin əlavə müdafiəyə vəsait xərcləməsinin Vaşinqtonu qıcıqlandıra biləcəyi qeyd olunur. /azvision.az

Oxunub: 533






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim