reklam
USD
17 ℃
EUR
BAKI

83 yaşlı fermerdən cavanlara məsləhət - "Kəndi qoyub, şəhərə qaçmayın" - FOTO

İqtisadiyyat / 23.07.2018 17:03
1963-cü ilin sentyabrından kənd təsərrüfatı sektorunda çalışıram. İki ali təhsilim var, 24 il heyvandarlıq sovxozunun direktoru olmuşam. Partiya işindən sovxoza keçdikdən sonra məndə kənd təsərrüfatı ilə məşğul olmağa böyük həvəs yarandı.

AZƏRTAC xəbər verir ki, bu sözlər 83 yaşlı fermer, ömrünü kənd təsərrüfatında çalışmaqla keçirmiş Şamaxı rayonunun Kərkənc kənd sakini Bayram Əlləzova məxsusdur. Ağsaqqal fermer deyir ki, insan torpaqla yaşamağa məhkumdur: "Kənd təsərrüfatı insanları maddi nemətlərlə, ərzaqla təmin edir. Rəhmətlik atam bizə tövsiyə edərdi ki, insanlar öləndə torpağa yapışan kimi, gərək diri vaxtda da torpağa yapışsın, torpaqla məşğul olsun, əksin, biçsin, becərsin. Onun sözləri qulağımda qalmışdı, ona görə kənd təsərrüfatı ilə çox məşğul olmuşam. Avropa ölkələrinin iqtisadçılarından biri yazıb ki, zəhmət sərvətin atası, torpaq isə sərvətin anasıdır. İnsanlar gərək yaşamaq üçün zəhmət çəksinlər, yaratsınlar, yaşatsınlar”.

Bayram Əlləzov kənd təsərrüfatının bütün istehsal sahələrindən üstün sayır. "Çünki insanları maddi nemətlərlə təmin edən kənd təsərrüfatıdır. Kənd təsərrüfatı ilə məşğul olanlar əkir, səpir, biçir, məhsul götürür və görəndə ki, zəhməti hədər getməyib, daha da cavanlaşır. Bu altmış il ərzində torpağa sevgim dəfələrlə artıb. 83 yaşım var, hələ də kənd təsərrüfatı ilə məşğulam”, - deyə o bildirib.

Qocaman fermer ölkədə kənd təsərrüfatına göstərilən diqqətdən çox razıdır: "Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük şərait yaradılıb. Regionlarda iqlim şəraitinə uyğun olan bütün kənd təsərrüfatı məhsulları əkilib-becərilir. Dövlət lazımi qayğı göstərir, fermerlərə subsidiyalar verir, kapital qoyur, kənd təsərrüfatını inkişaf etdirir. İndi Azərbaycanda sovet dövründə olmayan bitkilər becərilir. Mən heyvandarlıqla da məşğul olmuşam, zootexnikliyi qurtarmışam. Sovet dövründə Azərbaycanda indiki qədər cins heyvan yox idi. Bir qonur Qafqaz cinsi mallar vardı, onu da XIX əsrin ortalarında almanlar İsveçrədən gətirmişdilər. Sonrada ala mallar gətirildi. İndi isə ölkədə çoxlu sayda cins mal-qara var, dövlət maldarlığın inkişafına diqqətlə yanaşır”.

Bayram Əlləzovun 51 hektar torpaq sahəsi var: "Onun 31 hektarı özümündür, yəni torpaq satanlardan alıb istifadə edirəm. 20 hektarını isə 99 il müddətinə icarəyə götürmüşəm. 13 hektarında üzüm əkmişəm, 10 hektarı məhsuldardır, 3 hektar üzümlüyü isə 3 il əvvəl salmışam, bu il az məhsul verəcək. Üzümçülük iqtisadiyyat üçün əlverişli sahədir. 1991-ci ildə Azərbaycana "Merlot” adında üzüm sortu gətirdim. Bu sort Moldovada becərilir. Bu sortu 10 hektar sahədə becərirəm. Budama vaxtı bu üzüm sortunun çubuqlarını bütün Azərbaycana yaydım. Qazaxdan, Tovuzdan, Şəmkirdən, Ağstafadan, Ağsudan, Abşerondan gəlib budanmış çubuqları məndən alıb apardılar. Aparanlar becərdilər, gördülər ki, üçüncü il bu sort hər hektardan 17 ton üzüm verir. Ona görə də qərb zonasından olan üzümçülər bu sortdan geniş istifadə etməyə başladılar. Sortun əlverişli xüsusiyyəti xəstəliyə davamlı və məhsuldar olmasıdır. Şamaxıda bu sortdan hər hektardan 35 ton üzüm götürənlər var. Çox gözəl də şərabı olur”.

Ağsaqqal fermerin cavanlara tövsiyələri də var. "Cavanlara məsləhət görürəm ki, kəndi qoyub, şəhərə qaçmasınlar, gedib şəhərdə göy satmaqla məşğul olmasınlar. Torpaqla məşğul olsunlar, o torpaq onun dolanışığını təmin edəcək. İki hektar sahəsi olan adam o sahədə taxıl əksin, toyuq-cücə saxlasın, iki-üç baş mal-qara saxlasın, dolanışığını artıqlaması ilə təmin edəcək. Vaxtilə böyük-böyük istedadlar, tanınmış yazıçılar kənd təsərrüfatı ilə məşğul olublar, kəndi seviblər. Məsələn, Lev Nikolayeviç Tolstoyun Yasnaya Polyanada bir malikanəsi olub. Orada torpağı əkib-becərərmiş. Bir gün çar Aleksandr onu yanına çağırır, deyir ki, Lev Nikolayeviç, bu qədər şöhrətli istedadlı yazıçının kənddə nə işi var, gəl Kremldə yaşa, mənim müşavirim ol. Tolstoy cavabında deyir ki, Yasnaya Polyana torpağı mənə dünya qədər əzizdir, mən o torpaqdan ayrıla bilmərəm. Çar onu Moskvaya gətirə bilmir. Torpaqla məşğul olan, torpağın qədrini bilən elə dahilər olub”, - deyə 83 yaşlı fermer qeyd edib.


Oxunub: 407






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim