Sığorta şirkətinin fırıldağı ifşa edildi - Vətəndaşın adından 4 avtomobil sığorta edilib - VİDEO
Reportaj / 07.08.2018 15:05
Sığorta şirkətlərindən biri Cəlilabad sakininə qarşı fırıldaqlıq edib. Bunu zərərçəkmiş şəxs iddia edir.
İddiaya görə, xəbəri olmadan onun adından 4 avtomobili icbari sığorta ediblər.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Cəlilabad sakini Qayıtmaz Cəfərovun başına gəlib. Oğlu Ramil Cəfərov deyir ki, atası öz avtomobilini bir neçə ay əvvəl sığorta etdirərkən ona bildiriblər ki, yol nəqliyyat hadisəsi törətmədiyi üçün bonuslu müştəridir. Onun ''Vaz-21011'' markalı avtomobilini xüsusi endirimlə sığorta ediblər.
Ağsaqqal kişi bir həftə əvvəl oğlunun idarə etdiyi avtomobili də sığorta etdirmək üçün təkrar həmin sığorta şirkətinə müraciət edib.
Ramil Cəfərov iddia edir ki, həmin sığorta şirkətinin əməkdaşı atasının adında endirimin olmasından istifadə edərək öz qazancı üçün bunu digər sürücülərə satıb. O, məsələ ilə bağlı icbari sığorta bürosuna da müraciət etdiyini deyir.
Məsələyə münasibət bildirən sığorta ekeperti Daşdəmir Niftəliyev bildirib ki, vətəndaşın qarşılaşdığı problem dələduzluq faktıdır. Çünki sığorta şirkətinin heç bir hüququ yoxdur ki, hansısa vətəndaşın sənədlərindən istifadə edərək digər şəxslərə icbari sığorta etsin.
İcbari Sığorta Bürosundan isə ''Xəzər Xəbər''ə bildirdilər ki, vətəndaşın müraciəti ''Dəstək'' şöbəsində araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra məsələ öz həllini tapacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 304
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim