Əməkdaşlıqda yeni mərhələ - VİDEO
RƏSMİ / 19.08.2018 19:49
Heç şübhəsiz ki Aktauda keçirilən beşinci Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın imzalanması tarixi bir hadisə idi. 20 ildən artıqdı davam edən müzakirələrdən sonra tərəflərin ortaq məxrəcə gəlməsini yeni dövrün başlanğıcı kimi də qiymətləndirmək olar. Doğrudur bu müddət ərzində hövzə ölkələri arasında kəskin ziddiyyət və qarşıdurma yarada bilən böhranlar yaşanmamışdı. Amma bu da bir fakt idi ki, mövcud qeyri müəyyənlik heç də xəzəryanı ölkələrə dənizin imkanlarından maksimum istifadə etməyə əməkdaşlığı genişləndirməyə də maneə törədirdi. Hər nə qədər ölkələr ikitərəfli formatda əməkdaşlıqlarını qursa da ümumi razılığa gəlmək zərurəti hər zaman aktual idi.
Konvensiya Xəzər dənizində dövlətlərarası münasibətlərin və davranışın hüquqi çərçivəsini müəyyən edir. Sənədin əsasını beynəlxaq hüququn ümumqəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi təməl prinsiplər təşkil edir. Tərəflərin ortaq məxrəcə gələmsində isə rəsmi bakının rolu danılmazdır. 2010-cu ildə Bakıda keçirilmiş III Zirvə Toplantısı "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanması bu sitiqamətdə atılmış ən ciddi addımlardan biri idi. məhz bu toplantıda Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri razılaşdırılmışdı. Aktau sammitində imzlanan konvensiyanı isə bu baza əsasında atılmış ən ciddi addım hesba etmək olar.
Hüquqi rejimin və anlayışların müəyyən edilməsi ilə bərabər Konvensiya bütün Xəzəryanı dövlətlərin fəaliyyətində aydın, şəffaf və proqnozlaşdırılan sivil davranışı özündə ehtiva edir. Xəzəryanı dövlətlər arasında qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan bu cür münasibətlər Xəzər dənizi dövlətləri, həmçinin tərəfdaşlar üçün vacibdir. bu konvensiyanın əhəmiyyəti yalnız xəzər dənizinin öz imkanlarının və potensialından yararlanmağı ehtiva etmir. burada böyük bir coğrafiyanı əhatə edən çoxlu sayda dövlətlərin iqtisadi maraqlarına uyğun əməkdaşlıqdan söhbət gedir. Azərbaycanın əvvəlcədən həyata keçirdiyi meqa infrastruktur layihələri isə bu konteksdə rəsmi bakınınəhəmiyyətini artırır.
Bütün bunları nəzərə aldıqda aydın görmək olur ki bu konvensiyanın imzalanmasında itirən yaxud güzəştə gedən tərəf yoxdu. Amma bir başa Azərbaycan nöqteyi nəzərdən yanaşsaq deyə bilərik ki konvensiyanın imzalanması rəsmi Bakının iqtisadi və siyasi maraqlarına tam cavab verir. Azərbaycanın nəqliyyat-tranzit sahəsi başda olmaqla həyata keçirdiyi iri infrastruktur layihələrini gərəksiz bədxərclik kimi qiymətləndirənlər indi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsini birmənalı surətdə qəbul edirlər. Çünki xəzərdə açılmış yeni əməkdaşlıq prespektivlərinə ən hazırlıqlı ölkə Azərbaycandır.
Azərbaycanın sahib olduğu digər imkanlar isə nəyinki xəzər hövzəsi ölkəlri ümumiyyətlə avropa və asiyanın bir çox ölkələri üçün münbit əməkdaşlıq imkanları yaradır. Bu isə Azərbaycanın iqtisadi və siyasi mövqeyini gücləndirməklə yanaşı ölkəyə küllü miqdarda maliyyə axınını təmin edcək. Rəsmi Bakı bunun ilkin bəhrələrini görməkdədir.
Konvensiyanın siyasi üstünlüklərindən bəhs edərkən bu hadisənin ermənistanda doğurduğu reaksiyaya da nəzər salmaqda fayda var. Belə ki, Ermənistanın populizmdən uzaq dairəlri açıq etiraf edir ki, bu konvensiyanın imzalanması Ermənistanın təcridini və təklənməsini daha dözülməz həddə gətirir. Onlar açıq bəyan edirlər ki Azərbaycan Ermənistanın təmsil olunduğu kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının digər üzvləri ilə Azərbaycan daha yaxşı münasibətlərə malikdir. Azərbaycan regionun bütün ölkələri ilə konkret qarşılıqlı marqlara əsaslana bərabərhüquqlu münasibətlərə malikdir. Bu əlaqlərin iqtisadi və siyasi dayaqları daha da möhkəmlənir. Irəvan artıq artıq nəyinki tərəfdaş ölkə, heç forpost kimi də işə yaramayacağından qorxur.
Oxunub: 306
08.06.2026
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim