Azərbaycan İlahiyyat İnstitutunun açılışı olub
XƏBƏR / 17.09.2018 11:04
Sentyabrın 17-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) açılış mərasimi keçirilib.
Carci.tv xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Türkiyə Diyanət Vəqfi 29 Mayıs Universiteti İdarə Heyətinin sədri Tayyar Altıkulac, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak ediblər.
Tədbirdə Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Aİİ-nin yaradılmasının dövlətimizin başçısının dinə, mənəvi dəyərlərə qayğısının ən böyük göstəricilərindən biri olduğunu söyləyən rektor bu müdrik qərara və din sahəsinə göstərdiyi yüksək diqqətə görə bütün ilahiyyatçılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. C.Məmmədov deyib: "Sovet dövrünün qadağa və məhdudiyyətləri ilə üzləşən, ancaq ruhdan düşməyən, gələcəyə ümidlə baxan ruhanilərimizin ən böyük arzularından biri Azərbaycanda ali dini təhsil müəssisəsinin yaradılması olub. Belə ki, Aİİ-nin yaradılması Azərbaycanın dövlətçilik tarixində dini sahədə qəbul edilmiş ən ciddi qərarlardan biridir. Biz bu məsuliyyətin yükünü anlayır, dövlətimizin göstərdiyi etimadı, xalqımızın bizə bəslədiyi inam və ümidi doğrultmaq üçün səylə çalışırıq. 2018-2019-cu tədris ilində dövlət sifarişi əsasında qəbul üzrə Aİİ-nin islamşünaslıq ixtisasına 35, dinşünaslığa isə 25 plan yeri təsdiq edilib. Bu ayrılmış plan yerləri 100 faiz dolub. İnstitutun dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə təhsil standartları Təhsil Nazirliyinə təqdim edilib və nazirliyin müvafiq şöbəsindən müsbət rəy alınıb. Hazırda institutda bir fakültə, üç kafedra mövcuddur. İnstitutda tədris Azərbaycan dilində həyata keçirilir. Gələcəkdə rus, ingilis və ərəb dilli bölmələrin açılması və dünyanın müxtəlif ölkələrindən tələbələrin institutda təhsilə cəlb olunması nəzərdə tutulur”.
Sonra Etibar Nəcəfov, Mübariz Qurbanlı, Tayyar Altıkulac, Siyavuş Novruzov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah və başqaları çıxış edərək Aİİ-nin yaranması münasibətilə xalqımızı və institut heyətini təbrik ediblər. Natiqlər yeni təhsil müəssisəsinin quruculuğu sahəsində görülən işləri təqdir edərək Aİİ rəhbərliyinin və formalaşdırılan kollektivin bu böyük məsuliyyətin öhdəsindən uğurla gələcəyinə əminliyini bildiriblər.
Tədbirdə iştirak edən dini icmaların rəhbərlərinin adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Oxunub: 314
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim