reklam
USD
9 ℃
EUR
BAKI

ATƏT-in illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb

XƏBƏR / 20.09.2018 15:09
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov sentyabrın 18-19-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə iştirak edib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

Tədbir çərçivəsində humanitar məsələlər, o cümlədən insan alveri, qaçqın və məcburi köçkün problemləri üzrə təşkil olunmuş işçi sessiyalardakı çıxışlarında F.Hüseynov təcavüzkar Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsinın ağır nəticələri barədə söhbət açıb. O, insan hüquqları kobud şəkildə pozulmuş bir milyondan çox azərbaycanlının 25 ildən artıqdır qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, humanitar fəlakətlə üzləşdiyini bildirib. Qeyd edib ki, Azərbaycan dövləti bu şəxslərin sosial problemlərinin həlli istiqamətində ardıcıl iş aparır. 1993-cü ildən başlayaraq ölkə Prezidenti tərəfindən 109 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 381 qərar və sərəncam, Milli Məclis 34 qanun qəbul edib. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar ötən 25 ildə 7 milyard ABŞ dolları vəsait xərclənib.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyini bir daha diqqətə çatdıran komitə sədrinin müavini münaqişənin ATƏT çərçivəsində beynəlxalq hüquq normaları, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə tənzimlənməsinə Azərbaycanın tərəfdar olduğunu bildirib. Eyni zamanda, diqqətə çatdırılıb ki, Ermənistanın qeyri-konstruktiv yol tutan yeni hakimiyyətinin özbaşınalığına son qoymaq üçün bu təşkilatın öz təsir imkanlarından istifadə etməsi vacibdir.

F.Hüseynov Azərbaycan hökuməti tərəfindən həyata keçirilən "Böyük Qayıdış” proqramı barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin təhlükəsiz şəkildə və ləyaqətlə öz doğma yurd-yuvalarına qaytarılmasını nəzərdə tutan bu proqram artıq Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində icra edilib.

ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Fuad Hüseynov daha bir neçə məsələyə diqqət yönəldib. Tövsiyə edilib ki, Lissabon Sammitinin qərarına, iştirakçı ölkələr və ATƏT təsisatları və institutlarının digər əlaqədar öhdəliklərinə uyğun olaraq etnik təmizləmə və kütləvi çıxarılma siyasəti qınanmalı, qaçqınların və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü asanlaşdırmaq istiqamətində öhdəliklərin praktiki tətbiqinə diqqət cəmləşdirilməlidir. Bundan əlavə, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra onların hüquqlarının qorunması ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinə inteqrasiya olunmalıdır. Qaçqınlar və məcburi köçkünlərlə bağlı ATƏT-in müvafiq öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirmək, Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinə müvafiq hesabat hazırlanması ilə bağlı tapşırıq vermək tövsiyə olunub.

Görüşdə özünü "Artsax Avropa Mərkəzi”nin nümayəndəsi kimi təqdim edən şəxsin çıxışına cavab olaraq diqqətə çatdırılıb ki, qondarma "Artsax”, yaxud "Dağlıq Qarabağ Respublikası” ("DQR”), Ermənistan da daxil olmaqla, BMT-nin heç bir üzv dövləti tərəfindən tanınmayıb. BMT Təhlükəsizlik Şurasının hansısa qətnaməsində, hətta sədrinin çıxışında "DQR”in varlığı, əhalisi, muxtariyyət məsələsi ilə bağlı heç bir fikir səsləndirilməyib. Əksinə, Azərbaycana qarşı gücdən istifadə edildiyi, ərazi bütövlüyünün pozulduğu qınanılıb, onun suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edilib. Vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib.


Oxunub: 402






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim