reklam
USD
4 ℃
EUR
BAKI

Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır

RƏSMİ / 22.09.2018 09:39
Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Carci.tv xəbər verir ki, Oqtay Əsədov bu səfərin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O bildirib ki, Azərbaycan Küveytlə münasibətlərini genişləndirməkdə maraqlıdır. Azərbaycanın və Küveytin dövlət başçıları arasında səmimi dostluq münasibətlərinin olduğunu deyən Milli Məclisin sədri vurğulayıb ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir. Lakin iqtisadi sahədə əməkdaşlığımızı daha da genişləndirmək üçün birgə işləmək lazımdır.

Parlamentlərarası münasibətlərdən danışan Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini qənaətbəxş hesab edib.

Milli Məclisin sədri bildirib ki, Küveyt bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim deyib ki, Azərbaycan və Küveyt hər zaman bir-birinin yanındadır. Küveyt rəhbərliyi, parlamenti, hökuməti və xalqı Azərbaycanın mövqeyini dəstəkləyir. Azərbaycanın əldə etdiyi uğurlar Küveyt xalqını da sevindirir. O vurğulayıb ki, ölkəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən sülh yolu ilə həllinin tərəfdarıdır.


Oxunub: 504






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim