Prezidentdən Ermənistanla bağlı mühüm mesajlar: “Bunun axırı onlar üçün çox pis olacaq”
RƏSMİ / 22.09.2018 10:05
Ölkə başçısı bildirib ki, münaqişəyə, böyük humanitar fəlakətə baxmayaraq, - bir milyondan çox insan bu münaqişədən əziyyət çəkir, - Azərbaycan inkişaf yolundadır, Azərbaycanın inkişafı çox sürətlidir. Ermənistan isə, əksinə, getdikcə daha da zəifləyir.
"Ermənistanda bu ilin yazında baş vermiş çevriliş əslində göstərir ki, əvvəlki rejim xalqın dəstəyini tam itirmişdir. İyirmi il Ermənistana rəhbərlik etmiş rejim çökdü və bu, bir daha onu göstərir ki, onların işğalçılıq siyasəti iflasa uğradı. Eyni zamanda, beynəlxalq təşkilatlar da bu məsələ ilə bağlı gərək ciddi təhlil aparsınlar və özlərinə sual versinlər ki, necə ola bilər, Ermənistanda son müddət ərzində keçirilmiş parlament və prezident seçkilərinə beynəlxalq müşahidəçilər müsbət reaksiya vermişlər. Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər kobudcasına saxtalaşdırılır? Bilmirdilər ki, orada əvvəlki rejimin hörməti sıfıra bərabərdir? Bilirdilər, ancaq hansısa səbəblərə görə göz yumurdular. İndi də Ermənistanda yaranmaqda olan yeni diktatura rejimi demək olar ki, eyni siyasəti aparır. Siyasi rəqiblərə qarşı zorakılıq həyata keçirilir, siyasi rəqiblər həbsə alınır, mətbuat nümayəndələrinə qarşı repressiyalar aparılır, mətbu orqanlar bağlanır, dövlət orqanları siyasi rəqiblərinin həbsi ilə bağlı açıq-aşkar göstərişlər verir, bu göstərişləri bütün dünya eşidir. Bir dənə də olsun beynəlxalq təşkilat, xüsusilə mətbuatla, media azadlıqları, insan haqları ilə bağlı olan təşkilatlar səsini çıxarmır. Sual olunur, nəyə görə Ermənistanda gedən bu təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir? Bunun arxasında hansı səbəblər var? Bu, çox ciddi araşdırılmalıdır".
Prezident çıxışında əlavə edib:"Biz onsuz da yaxşı bilirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Biz buna öyrəşmişik və buna qarşı mübarizə aparırıq. Bizim mübarizəmiz çox tutarlı arqumentlərlə dəstəklənir. Bayaq qeyd etdiyim kimi, deputatlarımız bizə qarşı aparılan çirkin kampaniyalarla bağlı öz sözlərini tutarlı arqumentlərlə deyirlər. Bizə qarşı irəli sürülən ittihamlar 100 faiz saxtadır, yalandır, ikili standartlar əsasındadır və siyasi məqsədlər güdür. Onu da bildirməliyəm ki, bu hücumlar, bu ittihamlar bizim siyasi iradəmizə zərrə qədər təsir etmir və etməyəcək. Amma Ermənistan açıq-aşkar repressiya siyasətini aparır, medianı boğur, siyasi opponentlərini həbsə alır, baş nazir onların həbsi ilə bağlı göstəriş verir və buna heç bir reaksiya verilmir. Bu, çox düşündürücü məsələdir və hesab edirəm ki, beynəlxalq təşkilatlar bizim bu sualımıza mütləq cavab verməlidirlər. Verməsələr, deməli, onlar bu yeni yaranan diktatura rejimi ilə əlbirdirlər”.
Dövlət başçısı qeyd edib ki, Ermənistanda gedən proseslərə baxdıqda istər-istəməz müəyyən paralellər meydana çıxır:
"1992-ci ildə də Azərbaycanda hakimiyyətə insanlar meydanlardan, küçələrdən gəlmişdilər. Onların heç bir təcrübəsi, siyasi biliyi yox idi. Onlar iqtisadiyyatın nə olduğunu bilmirdilər. Ümumiyyətlə, onlar cəmiyyətdə elementar davranış qaydalarını gözləmirdilər. Nəticədə Azərbaycan xalqı o hakimiyyətə cəmi bir il dözə bildi və ondan sonra onlar siyasi səhnədən birdəfəlik çıxarıldılar. Ermənistanda da biz eyni mənzərəni görürük. Meydanda çığırıb-bağıranlar bu gün yüksək postlara təyin olunur, heç bir təcrübəsi olmayan insanlar bu gün Ermənistanın taleyini həll edirlər. Yeni hökumət tərəfindən atılan addımlar onu göstərir ki, bu adamların heç bir biliyi, hazırlığı yoxdur və bu, nəinki Ermənistan üçün, bölgə üçün böyük təhlükə mənbəyidir. Bir tərəfdən, - mən bunu artıq bir dəfə demişəm, - indiki Ermənistan hakimiyyəti nə qədər çox hakimiyyətdə qalsa, bizim üçün bir o qədər yaxşıdır. Çünki o, mövcud olan problemlərin üstünə problemlər gətirir. Onsuz da Ermənistan işğalçılıq siyasətinə görə böhran, tənəzzül içindədir. Rəsmi statistikaya görə orada yoxsulluq 30 faizə, amma real vəziyyətdə 50 faizə çatır. Kütləvi işsizlik, depopulyasiya, insanların kütləvi şəkildə köçü baş verir. İqtisadi inkişaf üçün heç bir əsas yoxdur. Heç kim investisiya qoymaq istəmir, bazar məhduddur, xarici bazarlara çıxış yoxdur. Bu mövcud problemlər, üstəgəl onların işğalçılıq siyasəti faktiki olaraq əvvəlki kriminal rejimin çökməsinə gətirib çıxardı. Amma biz görürük ki, indi yeni hökumət də eyni yolla getmək istəyir. Bu ağır, çətin vəziyyətdən xilas üçün Ermənistanın yeganə yolu var, o da bizim torpaqlarımızdan çıxmaqdır. Ondan sonra onların inkişafı üçün şərait yaradıla bilər. Əgər onlar işğalçılıq siyasətini davam etdirmək istəyirlərsə, bilməlidirlər ki, bunun axırı olmayacaq. Bunun axırı onlar üçün çox pis olacaq”.
Prezident diqqətə çatdırıb ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın.
"Qoy, Ermənistan bu xülyalarla yaşamasın. Qoy, Ermənistan rəhbərliyi öz xalqını aldatmasın. Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Qeyd etdiyim kimi, beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Təkcə BMT Təhlükəsizlik Şurası deyil, BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Bu il Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü dəstəklənir. Bu, Avropa İttifaqının mövqeyidir. Qonşu dövlətlər bizim ərazi bütövlüyümüzü tanıyır və dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə münaqişə ilə bağlı qətnamələr qəbul etmişdir. Onların hamısı bizim mövqeyimizi müdafiə edir. Yəni, bu, məsələnin beynəlxalq hüquqi tərəfidir”, - Azərbaycan prezidenti bildirib.
Ölkə başçısının sözlərinə görə, Ermənistan uğursuz dövlətdir. Əgər bir ölkəni 20 il ərzində kriminal xunta rejimi idarə edibsə, - müstəqilliyi cəmi 26 il olan dövlətdən söhbət gedir, - onda bu dövlətə hansı ad vermək olar? Ancaq uğursuz dövlət. Bu uğursuzluq, əslində, onların işğalçılıq siyasəti nəticəsində olmuşdur:
"Əgər işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından faydalana bilərdilər. Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir. Nəyə görə? Çünki biz torpaqlarımızı istəyirik. Bizə deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Biz də çalışırıq ki, bunu edək. Amma bunu etmək üçün gərək sənin qarşında adekvat bir tərəf olsun. Biz bu adekvatlığı görmürük. İndi Ermənistanın qeyri-adekvat addımları, hərəkətləri, yüksək kürsülərdən səslənən bəyanatları bu ölkəni daha da ağır vəziyyətə salacaq. Onunla bizim işimiz yoxdur. Amma bu, münaqişənin həlli üçün indi böyük problemə çevrilir. Ona görə biz bundan sonra da öz siyasətimizi aparacağıq. Bizim iqtisadi potensialımız da artır. İndi Ermənistanla Azərbaycan arasında fərq yerlə-göy qədərdir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişafda olan ölkədir, Ermənistan isə yoxsul, başqasının əlinə baxan, ianələrlə dolanan bir ölkədir. Biz, əlbəttə ki, bundan sonra da öz siyasətimizi aparacağıq”.
2024-11-21
03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ
02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır
2024-11-14
13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi
13:19 Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək
13:10 It started 18 years ago with the UAE leadership’s pioneering vision to diversify the economy and address global sustainability challenges
13:04 Bakıda qadın heykəli buna görə sökülübmüş...SƏBƏB...FOTO
2024-11-13
12:04 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
2024-11-06
13:06 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisindəCOP29-la bağlı yaradılan şəraitlə tanış olub VİDEO
12:50 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək
12:47 Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim