reklam
USD
10 ℃
EUR
BAKI

Qurban Qurbanov: Yaxşı oyun izlədik

İDMAN / 24.09.2018 12:38
"Çox vacib qələbə qazandıq. Hər üç gündən bir oyun keçiririk, buna görə də heyətdə rotasiya etmişdik. Futbolçularım çox istəkli idilər. Düşünürəm ki, azarkeşlər yaxşı futbol izlədilər. Mübarizə baxımından, azarkeş baxımından çox xoş bir oyun oldu".

Xezerxeber.az xəbər verir ki, bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının V turunda "Qəbələ” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi, həmçinin bildirib: "Futbolçularımı təbrik edirəm. Sona kimi mübarizə apardılar. Bu, çox vacib idi. Hər iki komandanın çoxsaylı qol imkanları oldu. Yaxşı oyun izlədik”.

Qeyd edək ki, beşinci turun mərkəzi qarşılaşmasında "Qarabağ” klubu "Qəbələ” kollektivini 4:1 hesabı ilə məğlub edib. Matçda hesabı ağdamlılar açıblar. Qarşılaşmanın 31-ci dəqiqəsində Abdullah Zubir adını tabloya yazdırıb - 1:0. Fasiləyə qədər Qurban Qurbanovun yetirmələri hesab arasındaki fərqi iki topa çatdırıblar. Matçın 45-ci dəqiqəsində Araz Abdullayev uzaq məsafədən baxımlı qola imza atıb - 2:0.

Oyunun ikinci hissəsində Ağdam klubu üçüncü topu rəqibin qapısından keçirdib. Bu dəfə Con Delarj fərdi ustalığı sayəsində iki müdafiəçini keçərək qapıçı ilə təkbətək çıxıb və hesabı 3:0 edib. Qarşılaşmanın 72-ci dəqiqəsində "Qarabağ” klubu rəqibi yenidən meydanın mərkəzinə dəvət edib. Abdullah Zubir özünün ikinci, komandasının isə dördüncü topunu vurub. Oyunun əsas vaxtının başa çatmasında bir dəqiq qalmış "Qəbələ” təsəlli qolunu vurmağa nail olub. Təmkin Xəlilzadənin künc ötürməsini Rasim Ramaldanov dəqiq baş zərbəsi ilə tamamlayıb.

Beş turdan sonra turnir cədvəlinə 13 xalı olan "Neftçi” klubu başçılıq edir. Aktivlərində 10 xalı olan son çempion "Qarabağ” və debütant "Sabah” klubları ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə isə müvafiq olaraq "Sumqayıt” (7), "Səbail” (5), "Qəbələ” (4), "Zirə” (2) və "Keşlə” (1) qərarlaşıblar.


Oxunub: 497






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim