Ödənişli yolda turnikedlərin qoyulması ilə bağlı danışıqlar aparılır - VİDEO
Cəmiyyət / 26.09.2018 18:22
Azərbaycanın ilk ödənişli yolu bu ilin sonu və ya gələn ilin əvvəlinə pullu fəaliyyət göstərməyə başlayacaq.
Hazırda isə ona alternativ olan yolda təmir işlərinin aparılmasına start verilib.
Xezerxeber.az-ın məlumatına görə, alternativ Ələt-Astara yolunun Biləsuvar-Salyan hissəsi bərbad vəziyyətdə olduğu üçün həmin ərazidə təmir işlərinin həyata keçirilməsinə başlanılıb.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, təmir işləri bu ilin sonu-gələn ilin əvvəlinə kimi yekunlaşdırılacaq.
Yolun asfalt örtüyü tam yenilənəndən sonra Ələt-Astara yolunun 31-204-cü kilometrindən istifadə ödənişli olacaq. Hazırda ödənişli yolda turnikedlərin qoyulması və buraxılış məntəqələrinin tikilməsi ilə bağlı danışıqlar aparılır.
Qurum rəsmisi deyir ki, yolun hər kilometrinə görə ödəniş müəyyənləşəcək. Yük avtomobillərinin sürücüləri isə minik avtomobillərinin sürücüləri ilə müqayisədə daha artıq pul ödəməli olacaqlar. Yoldan istifadəyə görə qiymət Tarif Şurasının verdiyi qərardan sonra bəlli olacaq.
Ölkənin ilk ödənişli yolu sürücülər üçün bir sıra imkanlar yaradacaq.
Bununla yanaşı, hazırda mövcud yolda sürət 60-90 kilometr saat nəzərdə tutulubsa, yeni yolda stabil olaraq 120 kilometr saat sürətlə hərəkət etmək mümkündür. Hazırda mövcud olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometrdir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 kilometr qısalaraq 205 kilometr olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 302
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim