reklam
USD
6 ℃
EUR
BAKI

Siyavuş Novruzov: Dağlıq Qarabağ problemi mitinqlərlə deyil, dövlətin məqsədyönlü siyasəti ilə həll olunur

XƏBƏR / 29.09.2018 15:18
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bütövlükdə Azərbaycan iqtidarı, Azərbaycan xalqı məşğul olur. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, stadionda keçirilən bir mitinqlə Dağlıq Qarabağ problemi ilə bağlı münasibət formalaşdırmaq olmaz: "Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı zəruri addımları atır. Həm danışıqlarda, həm də ordunun gücləndirilməsində, yeni silahlarla təchiz olunmasında lazımi işlər görülür. Elə Bakıda keçirilən son iki hərbi parad buna daha bir nümunədir. O cümlədən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müharibə veteranlarına, şəhid ailələrinə diqqət və qayğı bilavasitə Dağlıq Qarabağ münaqişəsinə olan bir münasibətdir”.

Deputat qeyd edib ki, həmçinin dövlətin bütün strukturları, demək olar, hər gün bu məsələ ilə, bu məsələnin həlli yolları ilə məşğuldur:

"Milli Məclis, Nazirlər Kabineti, güc strukturları, xarici siyasət idarələri, iqtisadi qurumlar və digərləri bu münaqişənin həllinə çalışırlar. Bu baxımdan da Dağlıq Qarabağ adı altında hər hansı bir mitinq keçirmək və bundan istifadə etmək bü gun yersiz addımdır. Bugünkü mitinqin mahiyyəti ondan ibarətdir ki, bir qrup insan öz ətrafına adam toplaya bilmədiyi üçün Azərbaycanın taleyüklü məsələsini, yaxud hər bir Azərbaycan vətəndaşını düşündürən bir məsələni ortaya atmaqla orada insanları bir yerə cəmləyib öz maraqlarını həyata keçirməyə çalışırlar. Həmin qruplar Avropadan, başqa yerlərdən çağırışlar edirlər. Azərbaycanda mitinq keçirməyə nə ehtiyac var? Bütün Azərbaycan xalqı işğal olunmuş ərazilərimizin azad edilməsini istəyir. Əgər bu insanların Dağlıq Qarabağla bağlı belə ürəkləri yanırsa, onda Avropa küçələrində, Ermənistan səfirliklərinin, beynəlxalq təşkilatların qarşısında nümayiş keçirsinlər, Xocalı soyqırımı ilə bağlı müxtəlif təbliğat materialları yaysınlar, etirazlarını bildirsinlər. Ancaq əksinə, həmin insanlar orada Azərbaycan əleyhinə iş aparırlar, Azərbaycanın daxilində isə Dağlıq Qarabağ məsələsini qaldırırlar”.

S.Novruzov vurğulayıb ki, Dağlıq Qarabağla bağlı çağırış edən mitinq təşkilatçılarının hamısı övladlarını xaricdə saxlayıb, hərbi xidmətə göndərməyib:

"Çağırış edən şəxs birinci növbədə öz övladını gətirər, təqdim edər və deyər ki, Vətənin müdafiəsi üçün gəlib, müharibə başlayarsa, istənilən an iştirak edə bilər. Yalnız bundan sonra o insanlar xalq qarşısında hansısa fikir irəli sürə bilər. Onlar müxtəlif siyasətlərə xidmət edən və bununla xalqın heysiyyəti ilə oynamağa cəhd göstərən insanlardır. Deyirlər ki, guya mitinqə gəlməyən Qarabağı istəmir. Bunlar hamısı yanlış fikirdir. Qarabağ mitinqi kiçik bir futbol stadionuna sığan mitinq ola bilməz. Qarabağ mitinqi bütün Azərbaycandır, bütün xalqdır, dünya azərbaycanlılarıdır. Bu baxımdan da bu cür bəhanələrdən istifadə edərək Qarabağ adı altında öz çirkin məqsədlərini yerinə yetirmək istəyən insanların çağırışlarına heç kəs uymayacaq”.

Qeyd edək ki, bu gün bir qrup ictimai-siyasi fəal tərəfindən Qarabağla bağlı mitinq keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") keçirilməsinə razılıq verib.


Oxunub: 390






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim