reklam
USD
4 ℃
EUR
BAKI

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

XƏBƏR / 02.10.2018 00:28
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən carci.tv-yə  bildiriblər ki, iclasda ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi, respublikamızın davamlı sosial-iqtisadi tərəqqisi və yüksək nailiyyətləri qeyd olunub. Həmçinin dövlətimizin başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2017-ci il fevralın 10-da imzaladığı mühüm, proqram xarakterli Sərəncamının bu istiqamətdə əməli tədbirlərin görülməsi üçün "yol xəritəsi” olduğu vurğulanıb, görülən işlərdən bəhs olunub.

Bildirilib ki, məhkumların islah olunmasında, cəzaların icrası qaydalarına və rejimə riayət edilməsində müstəsna əhəmiyyət kəsb edən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi və cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi institutunun tətbiqi ilə bağlı görülən işlər təhlil olunaraq ümumiləşdirilib və nazirliyin kollegiya iclasında müzakirə edilib. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və dövlət başçısının Sərəncamından irəli gələn tələblərə uyğun qurulması məqsədilə yeni Qaydalar hazırlanıb.

Kollegiyada müzakirə olunaraq qəbul edilmiş Qaydalar bu humanist institutun tətbiqində kollegiallığın, şəffaflığın, obyektivliyin və ictimai iştirakçılığın təmin edilməsinə, məhkumların hüquq və qanuni mənafelərinin daha etibarlı qorunmasına yönəlib. Pilot qaydada bu sahədə fəaliyyət göstərəcək Komissiya Ədliyyə Nazirliyinin, o cümlədən penitensiar və tibb xidmətlərinin, habelə ictimaiyyət nümayəndələrindən ibarət tərkibdə formalaşdırılacaq, onun işinə probasiya xidmətinin əməkdaşları və psixoloqlar da cəlb olunacaq.

İclasda, həmçinin penitensiar müəssisələrin, həbs edilmiş şəxslərin və məhkumların müşayiətinin təhlükəsizliyinin gücləndirilməsi, fövqəladə hallarda işin təşkili məsələlərini tənzimləyən, habelə icra sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasına yönələn normativ akt layihələrinə baxılaraq qəbul olunub.

Eyni zamanda, kollegiyada ədliyyə orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərə dair təqdimat keçirilib. Təqdimatda ədliyyə fəaliyyətində şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi, vətəndaş məmnunluğunun yüksəldilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin və ədliyyə qurumlarına əlçatanlığın artırılması üzrə görülən işlər qeyd olunub. Nazirlik tərəfindən 31 elektron xidmətin göstərildiyi və bu xidmətlərdən istifadələrin sayının 11 milyonu ötdüyü bildirilib.

Həmçinin nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin genişləndirilməsi imkanları təhlil olunaraq onların çeşidləri nümayiş etdirilib, dövlətimizin başçısının elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tapşırıqlarına uyğun olaraq ədliyyə fəaliyyətinin elektronlaşdırılmasına, mövcud xidmətlərin təkmilləşdirilməsinə dair əlavə tədbirlər müəyyən edilib.

Bununla yanaşı, beynəlxalq əlaqələrin dərinləşdirilməsi üzrə tədbirlərə baxılıb. Qeyd olunub ki, cari ildə Türkiyə, Əlcəzair, Serbiya, Latviyanın ədliyyə nazirləri tərəfindən ölkəmizə səfərlər edilib, ədliyyə sahəsində mühüm sənədlər imzalanıb. Kollegiyada həmin beynəlxalq sənədlərin icrası üzrə zəruri tədbirlərin görülməsi, habelə beynəlxalq görüşlər zamanı ölkəmizdə gedən inkişaf proseslərinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə geniş çatdırılması, eləcə də ədliyyə və məhkəmə sistemində aparılan islahatların və yeniliklərin təbliği tapşırılıb.

Kollegiyada dövlətimizin başçısının "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyi 2018-ci ilin demokratik respublikanın yaranmasının 100 illiyi və digər tarixi hadisələr ilə zəngin olmaqla, həmçinin Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə əlamətdar olduğu vurğulanıb. Bu münasibətlə nazirlik üzrə müəyyən olunmuş tədbirlər müzakirə edilib, nazirliyin tarixinin hazırlanan sənəd və vəsaitlərdə dolğun və müfəssəl əks olunması ilə bağlı tapşırıqlar verilib.

Vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq iclasda 17 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb.


Oxunub: 398






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim