reklam
USD
4 ℃
EUR
BAKI

Azərbaycanda bərpaolunan enerji mənbələrinin həcmi 30 faizə çatdırılacaq

İqtisadiyyat / 04.10.2018 10:06
Moskvada "Rusiya energetika həftəsi” beynəlxalq forumu açılıb. Forumun gedişində Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edir.

AZƏRTAC-a istinadən xəbər verir ki, nazirlərin iştirak etdiyi "Yanacaq-energetika kompleksinin səmərəli tənzimlənməsi: ümumi yanaşma və ölkələrin fərqi” mövzusunda təşkil olunan sessiyada çıxış edən P.Şahbazov Azərbaycanın son illər dinamik inkişaf etdiyini, 15 il ərzində ölkə iqtisadiyyatının 3,5 dəfədən çox artdığını bildirib. Ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulub. Bunların yarısı birbaşa xarici investisiyalardır, 95 milyard dollar neft-qaz sahəsinə sərmayə yatırılıb.

Nazir deyib: "Biz enerji ehtiyatlarımızın çatdırılma marşrutunu ciddi şaxələndirmişik. Bizim bu sahədə sonuncu nailiyyətimiz dünyada ən iri qaz layihələrindən biri, 3500 kilometr uzunluğunda "Cənub Qaz Dəhlizi” layihəsidir. Bu boru kəməri vasitəsilə biz artıq qonşularımız Gürcüstan və Türkiyəyə qaz çatdırırıq, daha sonra Avropaya nəql edəcəyik. İlkin mərhələdə 16 milyard kubmetr qaz tədarük ediləcək”.

Ölkədə bərpaolunan enerji mənbələrindən danışan nazir qeyd edib ki, 2030-cu ilədək Azərbaycanda bərpaolunan mənbələrin ümumi həcmi 30 faizə çatacaq. "Bundan ötrü güclü potensial mövcuddur. Biz təşviqetmə mexanizmlərinə cavab verən ciddi qanunvericilik bazası yaratmaq istəyirik. Bərpaolunan mənbələr hesabına generasiya etməyi nəzərdə tutduğumuz zəruri elektrik enerjisini qəbul etməyə imkan olması üçün ötürmə xətlərinin optimallaşdırılması üzrə iş aparırıq”, - deyə P.Şahbazov bildirib. O, görüş iştirakçılarını yeni layihələrin birgə icrası üçün Azərbaycana dəvət edib.

Qeyd edək ki, "Energetika həftəsi” Moskvada oktyabrın 3-dən 6-dək keçirilir. Builki forumda bu sahənin 10 mindən çox nümayəndəsi iştirak edir.


Oxunub: 309






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim