"Olimpiada gənclərin həvəsləndirilməsinə töhfə verəcək" - Nazir müavini
XƏBƏR / 06.10.2018 17:48
Bakıda II Robot Olimpiadası keçirilir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 6-da Bakı İdman Sarayında II Robot Olimpiadası keçirilir.
Olimpiadanın açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Robot Olimpiadasının gənclərin kompüter biliklərinə marağını daha da artırdığını bildirib. Azərbaycanda istedadlı gənclərin üzə çıxarılması istiqamətində görülən işlərdən danışan İ.Babayev qeyd edib ki, ötən illə müqayisədə Robot Olimpiadasına qatılan komandaların, həm də tədris müəssisələrinin artması gənclərin bu yarışa böyük həvəs göstərməsinin nəticəsidir. "Əminəm ki, gələcək illərdə bu say daha da artacaq və Robot Olimpiadasının keçirilməsi ölkəmizdə bu sahənin inkişafına, gənclərin həvəsləndirilməsinə töhfə verəcək”, - deyə nazir müavini vurğulayıb.
Bildirilib ki, 8-19 yaşlı yeniyetmə və gənclərin iştirak etdiyi olimpiadada 20 təhsil müəssisəsindən 54 komanda yarışır. Yarışlar 4 kateqoriya üzrə keçirilir və yekunda qalib komandalar noyabrın 16-18-də Tailandda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaq.
Yarış çərçivəsində hazırlanan, eləcə də Yaponiya istehsalı olan robotlardan ibarət sərgiyə baxış keçirildikdən sonra komandalar arasında mübarizəyə start verilib. Olimpiadanın qalibləri günün sonunda məlum olacaq.
Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilən olimpiadaya 12 ölkə qatılsa da, iştirakçı ölkələrin sayı artıq 70-i keçib.
Azərbaycanda gənclərin elmi-texniki biliklərinin inkişaf etdirilməsinə göstərilən xüsusi diqqət nəticəsində ötən il oktyabrın 7-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Dünya Robot Olimpiadasının Azərbaycan üzrə ilk seçim yarışı keçirilib. Həmin yarışda 8 təhsil müəssisəsindən 22 komanda iştirak edib. Yarışda müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar Dünya Robot Olimpiadasının noyabrın 10-12-də Kosta-Rikada keçirilən final mərhələsində iştirak hüququ əldə edib. Beləliklə, Azərbaycan ilk dəfə Dünya Robot Olimpiadasının finalında təmsil olunub. Azərbaycan komandası olimpiadanın finalına Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qatılıb. Dünya Robot Olimpiadasında ilk dəfə iştirak etməsinə baxmayaraq, Azərbaycan 71 ölkə arasında 17-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.
Oxunub: 274
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim