reklam
USD
17 ℃
EUR
BAKI

Ən çox ipoteka krediti alanlar Bakı sakinləridir

İqtisadiyyat / 08.10.2018 09:14
İpoteka və Kredit Zəmanət Fondu ipoteka keditlərinin verilməsi şərtlərinə dəyişikliklər edib.

 Carci.tv bildirir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov bildirib.

O qeyd edib ki, 8 faizlik adi kreditlərə zəmanət verildiyi halda, maksimum faiz 7-dən çox ola bilməz:

"Eynilə zəmanət verilən güzəştli ipoteka kreditləri üzrə faiz 4-dən 3.7-dək azaldılıb. Güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğ 100 min manat olduğu halda, adi ipoteka kreditləri üzrə 150 min manatadək borc cəlb etmək mümkündür”.

Ekspert deyib ki, yeni dəyişikliklərə rəğmən ipoteka kreditlərindən faydalananlar əsasən Bakı sakinləridir:

"Belə ki, indiyədək verilmiş 22 733 kreditin 17 282-si paytaxtın payına düşüb. Bu isə o deməkdir ki, fondun maliyyələşdirdiyi hər 100 ipoteka kreditinin 76-sı Bakıda mənzil alınmasına yönəldilir. Bu kontekstən, regionların fondun vəsaitlərindən yararlanmaq imkanları məhdud olaraq qalmaqdadır. Belə ki, ən çox ipoteka krediti alan 3 şəhər Bakı və Bakıətrafıdır. Kreditlərin sayına görə ikinci olan Sumqayıtda 2289, Abşeron və Xırdalanda isə 1578 maliyyləşmə olub. Bu isə o deməkdir ki, 22733 ümumi kreditin 21149-u, yəni 93 faizi paytaxt və ətraf şəhərlərin payına düşüb. Naxçıvan da daxil olmaqla regionlar ümumi kreditləşmənin cəmi 7 faizinə sahib ola biliblər”.
V.Bayramovun sözlərinə görə, bir sıra rayonlar ümumiyyətlə ipoteka kreditləri cəlb edə bilməsələr də, bəzi bölgələrdə rəqəmlər simvolik olub:
"Məsələn, Ucar, Oğuz, Ağcabədi, Şərur, Sabirabad kimi rayonlar fond yaranadan bəri cəmi 1 ipoteka krediti əldə ediblər. Rəsmi statistikaya əsasən, Bakı ilə rayonlar arasında orta aylıq əmək haqqıda 2 dəfə fərq var. Buna rəğmən, ipoteka və xüsusən güzəştli kreditlər üzrə şərtlər ölkə üzrə eynidir. Bu baxımdan biz ipoteka keditləri üzrə faizlərdə rayonlar üçün güzəştin verilməsini və kredit portfelində regionlar üçün kvotanın müəyyənləşdirilməsini təklif edirik. Belə ki, rayonlar üzrə güzəştli kreditlər üzrə faizlərin 2 faizə endirilməsi və 25 faizlik kvotanın müəyyənləşdirilməsi məqsədə uyğun olardı. Əgər maliyyə ilin ilk 10 ayında həmin kvotadan az regional sifarış olarsa o zaman qalan məbləğ fiskal ili başa çatanadək paytaxtda istifadə edilə bilər. Bütün hallarda, rayonlarım ipoteka keditlərinə əlçatanlığını təmin etmək üçün güzəştlərin tətbiqinə ehtiyac var”.


Oxunub: 365






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim