Yol polisi Bakıda “taksi ovu”na başladı - VİDEO
CANLI TV / 09.10.2018 15:30
Bakıda bəzi metrostansiyaların, iri ticarət obyektlərinin və təhsil müəssisələrinin qarşısında taksi fəaliyyəti ilə məşğul olan xeyli sayda sürücünün avtomobili cərimə meydançasına salınıb. Sürücülər avtomobilərinin heç bir səbəb göstərilmədən aparıldığını desələr də , yol polisinin açıqlaması bunun əksini göstərir.
100-dən artıq taksi sürücüsünün avtomobili saxlanılaraq cərimə meydançasına salındı.
Yol polisi Bakıda metronun "20 Yanvar", "İnşaatçılar" stansiyalarının, 3-cü mikrorayon dairəsində eləcədə digər ərazilərdə taksi fəaliyyəti göstərən çoxlu sayda sürücüyə qarşı reydlərə başlayıb.Sürücülər idda edirlər ki,onlar həmin ünvanlarda fəaliyyət göstərən zaman yol polisləri tərəfindən avtomobilləri Yasamal rayonu Tbilisi prospektində yerləşən cərimə meydançasına aparılıb. Sürücülər deyir ki, yol polisləri heç bir səbəb göstərmədən bu addımı atıb.
Sürücülərnən söhbət zamanı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvaiq sənədlərinin qaydasında olmadığı məlum olsa da bəzi istisnalar da olub.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb.Məlumatda qeyd olunub ki,vətəndaşlar tərəfindən taksi sürücülərinin qanunsuz əməlləri barədə polisə şikayətlər daxil olub.Elə buna görə də keçirilən reydlər zamanı taksi sürücülərinin sənədləri yoxlanılarkən aylardır heç bir fərqlənmə nişanı olmadan onların taksi fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Bəzilərinin idarə etdiyi avtomobilin texniki cəhətdən nasaz olduğu, təhlükə yaratdığı da məlum olub.Ümumilikdə isə 100-dən artıq taksi sürücüsü barəsində inzibati qaydada tədbirlər görülüb.
Yol polisi taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bildirib ki, onlar avtomobili daim saz vəziyyətdə saxlamalıdır. Onlar müvafiq nişanlar nişanlanmış yerlərdə dayanıb taksi fəaliyyəti ilə məşğul olmalıdırlar. Qanunla nəzərdə tutulmayan yerlərdə maşın saxlamaq, yoldan keçənlərə qarşı qeyri-etik hərəkətlər etmək, sürücülərin, piyadaların yolunu kəsərək sıxlıq yaratmaq halları ilə mübarizə bundan sonra da davam edəcək.
Oxunub: 322
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim