reklam
USD
17 ℃
EUR
BAKI

Aylıq qazancımızın 3 faizi tutulacaq və müalicə xərclərimizin 20 faizi qarşılanacaq

Reportaj / 10.10.2018 00:29

Millət vəkili: "Ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi üçün çox ciddi dəyişikliklərin olması nəzərdə tutulur"

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) istər qanunvericilik bazasının möhkəmləndirilməsi, istər kadr hazırlığı ilə bağlı böyük işlər aparır. Bu Agentlik gələn il icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi ilə bağlı hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə mövcud "Tibbi sığorta haqqında" qanuna xeyli əlavə və dəyişikliklər hazırlayıb. Gələn il icbari tibbi sığorta bütün Azərbaycan ərazisində tətbiq olunmağa hazırdır".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, hazırda təklif olunan dəyişikliklərə Nazirlər Kabinetində baxılır: "Yəqin ki, təkliflər payız sessiyası ərzində Milli Məclisə daxil olacaq. Təklif olunan dəyişikliklərin mahiyyəti barədə məlumatım yoxdur, çünki parlamentə daxil olmayıb. Amma ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi üçün çox ciddi dəyişikliklərin olması nəzərdə tutulur. Çünki burada icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı səhiyyənin maliyyələşdirilməsi və səhiyyə müəssisələrinin idarəçiliyində çox ciddi dəyişikliklər olacaq".

"Sığorta haqlarının məbləği, yığılması, tutulması qaydası, həkimə müraciət edərkən sığortalı şəxsin sığorta ödəmə qaydası, müəssisənin idarə olunması qaydası, tibb işçiləri arasında əmək haqqının verilməsinin nisbəti və s. məsələlər "Tibbi sığorta haqqında" qanunda əksini tapmalıdır. Çünki indiyədək boşluqlar var"— deyə deputat bildirib.

M.Quliyevin dediyinə görə, dünya təcrübəsində aylıq əməkhaqqının 4-5 faizi icbari tibbi sığorta üçün ödənilir: "Bu, bəzi ölkələrdə 7 faizdir, bəzi ölkələrdə isə 14 faizədək qalxıb. Bu, vətəndaşın əmək haqqının məbləğindən də, tibbi xidmətin genişliyindən də asılıdır. Avropa ilə müqayisədə bizdə vətəndaşların əmək haqları o qədər də yüksək olmadığına görə hesab edirəm, ilkin olaraq aşağı faizlərlə başlamaq daha önəmli olardı. Dünya təcrübəsində icbari tibbi sığorta ödəmələri ən yüksək Almaniyadadır – 14 faiz. Bunun 7 faizini işəgötürən ödəyir, 7 faizini işçi".

Deputat qeyd edib ki, məsələn, əgər Azərbaycanda icbari tibbi sığorta ödəməsi 4 faiz olsa, bunun 3 faizini işəgötürən, 1 faizini isə işçi özü ödəyər: "Sonra tibb müəssisəsinə müalicə və yaxud müayinə üçün vətəndaş müraciət edərsə, onun ümumi tibb xərclərinin 20 faizinədək olan hissəsini sığorta haqqı ödədiyi qurum ödəyə bilər".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Sputnik Azərbaycan-a deyib ki, burada xeyli aydınlaşdırılmalı məsələlər var: "Əvvəla İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait ictimaiyyətə açıqlanmalı və onun şəffaflığı təmin edilməlidir. Bundan sonra həkimlərlə xəstələr arasında müqavilələr olmalıdır ki, bunun əsasında fəaliyyət göstərə bilsinlər. Bunun üçün sistem olmalıdır və bu, olmadan xeyli hüquqi problemlər də ortaya çıxa bilər. Pilot olaraq icbari tibbi sığortanın tətbiq edildiyi Mingəçevir və Yevlaxda mütəmadi olaraq hüquqi problemlər ortaya çıxır".

"Səmimi sistem olmasa, təmənna və başqa faktlar ortaya çıxacaq. Bu da icbari tibbi sığortanın tətbiqinin nəticəsini çox aşağı salacaq. Ümumiyyətlə, icbari tibbi sığortanı effektiv həyata keçirmək üçün il ərzində, təxminən, 4 milyard dollara yaxın vəsait lazımdır"— deyə A.Qeybulla bildirib.



Oxunub: 343






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim