reklam
USD
7 ℃
EUR
BAKI

Səudiyyənin İstanbuldakı konsulluğunda axtarış aparılacaq

Dünya / 10.10.2018 08:10
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy Səudiyyə Ərəbistanı vətəndaşı, jurnalist Camal Kaşoqinin itkin düşməsi barədə açıqlama verib.

"Anadolu" agentliyinin məlumatına görə, Hami Aksoy məhkəmə, polis və kəşfiyyat orqanlarının vəziyyətə nəzarət etdiyini deyib.

"Konsulluq münasibətləri barədə Vyana müqaviləsinə əsasən, konsulluq binalarının toxunmazlığı ilə bərabər diplomatik missiya rəhbərinin razılığı ilə ev sahibi ölkə tərəfindən konsulluq binasında axtarış aparıla bilər. Səudiyyə Ərəbistanı əməkdaşlığa hazır olduğunu bildirib. Təhqiqat çərçivəsində konsulluq binasında axtarış aparılacaq”, - deyə Aksoy bildirib.

Xatırladaq ki, oktyabrın 2-də "The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. Hətta onun öldürülməsi barədə məlumatlar da yayılıb.

Oxunub: 352






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim