Bakıda kirayə ev tapılmır: Qiymətlər “ceyran belində”… - REPORTAJ
Reportaj / 14.10.2018 17:36
Məlum olduğu kimi, avqust ayının sonlarından başlayaraq kirayə mənzil bazarında qiymətlər kəskin bahalaşdı. Xüsusən də yeni dərs ilinin başlanması ilə əlaqədar minlərlə tələbənin paytaxta axın etməsi və kirayə mənzillərə tələbatın artması bahalaşmanı bir qədər də sürətləndirdi.
Eləcə də hökumətin qərarı ilə köhnə və yararsız vəziyyətdə olan binaların sökülməsi ilə bağlı həyata keçirilən pilot layihələr paytaxda kirayə mənzil qıtlığının yaranmasına səbəb oldu. Artıq tələbələr demək olar ki, kirayə mənzillərdə tam olaraq yerləşiblər, bazardakı canlanma bir qədər səngiyib.
Bəs, qiymətlərdə hansı istiqamətdə dəyişiklik qeydə alınıb? Mənzil dəllalları bazarın durumunu necə qiymətləndirirlər?
Musavat.com-un müxbiri bu suallara aydınlıq gətirmək üçün kirayə mənzil bazarına baş çəkib və ev dəllalları ilə həmsöhbət olub.
Kirayə mənzil bazarında canlanma davam edir. "Makler”lər ötən aylarla müqayisədə bu ay kirayə qiymətlərinin bir qədər də bahalaşdığını bildirdilər. Belə ki, mərkəzə, magistral yola, metroya yaxın ərazilərdə ikiotaqlı mənzillərin qiyməti 300-350 manat, üçotaqlılar isə 400-500 manat arasında dəyişir.
Mənzil dəllallarının sözlərinə görə, qiymət artımının səbəbi kirayə verilən mənzillərin qıtlığı və tələbatın artmasıdır: "Bildiyiniz kimi, şəhərdə bir çox yerlərdə söküntü işləri aparılır. Tikinti şirktləri pillot layihə çərçivəsində sökdükləri binaların sakinlərini iki il müddətində Bakının müxtəlif yerlərində kirayəyə köçürürlər. Bu səbəbdən şəhərdə kirayə ev qıtlığı yaranır. Bu gün kirayə mənzil bazarında ev tapmaq müşkül məsələyə çevrilib. Misal üçün, metrostansiyaların yaxınlığında demək olar ki, kirayə evlər çox azdır. Olsa belə, qiyməti əvvəlkindən bir xeyli bahadır”.
Maklerlərlə söhbət zamanı o da bəlli olub ki, mənzil sahibləri bu durumdan maksimum istifadə edirlər: "Hazırda ev sahibləri üçün fürsət yaranıb. Onlar bilirlər ki, Bakıda kütləvi söküntü gedir. Ailələr məcbur şəkildə kirayə mənzillərə köçürülür. Buna görə də mənzillərini baha qiymətə kirayəyə vermək istəyirlər. Bu cür vəziyyət artıq bir ildən çoxdur ki, davam edir. Kirayə mənzilə tələbat əsasən Nərimanov və Binəqədi rayonlarındadır. Çünki bu ərazidə daha çox söküntü işləri aparılır. "Xruşovka” tipli binalarda və köhnə həyət evlərində yaşayan ailələr köçürülür”.
Digər bir dəllal da müştərilər üçün uyğun ev tapmaqda çətinlik çəkdiklərini bildirdi: "Pilot layihə ilə bağlı köçürülənlərin kirayə pulunu şirkət verir. Ona görə də minmum iki illliyə ev tuturlar. Tələbələr də mənzilləri ən azı 1 il müddətinə tuturlar. Yəni bazara yeni bir kütlə axın etsə də, bir o qədər kirayə mənzil təklifi gəlməyib. Tələb artıb, təklif isə dəyişməz olaraq qalır. Bu baxımdan ucuzlaşmadan söhbət gedə bilməz. Əvvəl 250 manata birotaqlı, ortatəmirli mənzil tapmaq mümkün idi. Metro ətrafında ikiotaqlı, təmirli evlər 350 manatdan başlayır. Üçotaqlı, normal şəraitli ev isə 350-400 manatadır, metro ətrafında hətta 450 manata da ola bilər. Mərkəzdən bir qədər kənarda isə bu qiymətlərdən 50 manat ucuz ev tapmaq mümkündür”.
Kirayə mənzil tapmaq üçün bazara üz tutan bir neçə müştəri ilə də həmsöhbət olduq. Ev axtaranların əksəriyyəti Qaraçuxur, Günəşli, NZS qəsəbəsində yaşayanlar idi.
Rasim adlı şəxs iki gündür ki, kirayə mənzil axtardığını, lakin tapa bilmədiyini dedi: "Nəqliyyatın qiyməti bahalaşandan sonra metro ətrafında kirayə mənzil axtarıram. Hər gün marşruta 30 qəpik verib metroya gəlirəm. Sonra 30 qəpik də metroya verirəm. Təkcə bununla bitmir. Gün ərzində iki dəfə harasa çıxsam, gərək aylıq 80-90 manat yol pulu verəm. Bu səbəbdən də metro ətrafına köçmək istəyirəm. Həm istədiyim yerə rahat gedərəm, həm də az xərcim çıxar”.
Müştəri kirayə evlərin kəskin bahalaşdığını da bildirdi: "Bir həftədir ki, ikiotaqlı, orta təmirli, müəyyən əşyaları olan mənzil axtarıram. Lakin qiymətlər çox bahadır. Belə mənzillərin qiyməti 350-450 manat civarındadır. 3-4 ay öncə ilə müqayisədə minimum 50 manat fərq edir. Maklerlər kirayə evlərin hələ bir qədər də bahalaşacağını deyirlər”.
Oxunub: 282
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim