“Xırdalan şəhəri batır” - Təhlükə XƏBƏRDARLIĞI
Cəmiyyət / 16.10.2018 15:20
"Xəzər dənizinin sahili, bura yaxın ərazilər üçün xüsusi layihə işləyib hazırlamışdım. Layihədə dənizə yaxın yerlərin, sahilboyu ərazilərin yalnız istirahət, çimərlik məqsədilə istifadəsi nəzərdə tutulurdu”. Carci.tv modern.az-a istinadən xəbər verir ki, Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqovanın fikrincə, heç bir halda dənizə yaxın yerlərdə yaşayış binalarının, xüsusilə, çoxmərtəbəli tikililərin yerləşməsi məqsədəuyğun deyil:
"Dənizdən bir qədər aralı, yuxarı hissələrdə isə kiçik yaşayış yerlərinin salınması, terras evlərin tikilməsi layihəmdə qeyd olunmuşdu. Süxurların xassələrindən asılı olaraq, yuxarı hissələrdə yaşayışa icazə verilə bilər. Lakin bütün bu təkliflərimə diqqət yetirilmədi. Əvəzində çoxmərtəbəli binalar tikildi. Üstəlik, dənizə kifayət qədər yaxın, aşağı hissələrdə bu binalar ucaldıldı.
Hazırda Əhmədli ərazisində də dənizə yaxın yerlərdə sürüşmə təhlükəsi var. Hər hansı gözlənilməz hadisə baş verərsə, sürüşmə yaranarsa, Əhmədlinin dənizkənarı hissələri ciddi təhlükə ilə qarşılaşacaq.
Bundan başqa, Xırdalan ərazisi də az qala çökmə ilə üz-üzədir. Heç kimin xəbəri yoxdur ki, Xırdalanın yerləşdiyi ərazidən, torpağın alt qatlarından çoxlu çaylar axır. Xırdalan demək olar, batır. Dediyim kimi, bir fövqəladə hal, tektonik təkanlar, sürüşmələr baş verərsə, bu ərazilərdə yaşayış iflic hala düşə bilər”.
Z. Budaqovanın sözlərinə görə, Azərbaycan şəhərlərindən yalnız Sumqayıt müəyyən qədər şəhərsalma qanunlarına uyğun salınıb:
"Bu şəhərdə binalar bir-birindən uzaqdır, dəniz kənarında çoxmərtəbəli binalar yoxdur. Küçələr enli, genişdir. Buna görə, Sumqayıt bünövrə baxımından daha möhkəmdir.
Azərbaycanın regionlarından Qazax zonası daha bərk süxurları olan torpaqlara malikdir. Orada monitorinq keçirmişik, divarları Qız qalasının divarlarına bənzəyən qalalar var. Həmin abidələrin bənzərləri Gürcüstanda istiqamətində də var. Tarixi çox qədim olan bu ərazilərin relyefi dözümlüdür. Çünki dənizdən kənardırlar, axan çaylar süxurların möhkəmliyinə təhlükə deyil. Qazax ərazisində vaxtilə iri bir göl olub, sonradan quruyub. Həmin yerlər yaşayış massivi salmaq üçün idealdır.
Xəzər sahilinin cənuba doğru hissələrində isə çökmələrlə bağlı ciddi problemlər yoxdur. Amma yeraltı suların qalxması təhlükəsi yaşanır. Sadəcə, hündür binalar olmadığına görə fəlakətlər yüngül müşahidə olunur. Məktəblərin, ikimərtəbəli binaların çat verməsi və s. kimi proseslər cənub rayonlarında artıb. Lənkərana yaxın regionlarda da çatvermələr, fundamentlərin dözümsüzlüyü, sürüşmələrin qalması tez-tez olur.
Qeyd etməliyəm ki, Salyan zonasında da süxurların xassəsini dəyişməsi, yeraltı suların qalxması özünü biruzə verir. Bu ərazi dənizə yaxın olmasa da sürüşmə təhlükəsi ilə üz-üzə qala bilər”.
Oxunub: 259
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim