reklam
USD
7 ℃
EUR
BAKI

Qaz anbarlarına 3 milyard kubmetrdən çox qaz tədarük edilib - QIŞA HAZIRLIQ

İqtisadiyyat / 16.10.2018 15:46
SOCAR cari ilin 3 rübü üzrə qazma, hasilat və ixrac göstəricilərini açıqlayıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, SOCAR bu ilin üçüncü rübündə qazma işlərin həcmini artırmaqla neft hasilatını sabitləşdirməyə, təbii qaz hasilatını isə önəmli dərəcədə artırmağa nail olub. Rüb ərzində SOCAR üzrə hasilat 1,9 milyon ton neft və 1,67 milyard kubmetr qaz təşkil edərək əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə müvafiq olaraq 1,5 faiz və 11 faiz nisbətində çox olub. Ümumiyyətlə, cari ilin doqquz ayında respublika üzrə 29 milyon ton neft və 22 milyard kubmetr təbii qaz hasil olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə neft hasilatında təqribən 0,8 faiz, qaz hasilatında isə 4,5 faiz artıma nail olunduğunu göstərir.

Rüb ərzində SOCAR tərəfindən 42 min metrdən çox qazma işi həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 43 faiz çoxdur. SOCAR üzrə hasilatın sabitləşməsi üçün qazma həcminin artırılması ilə yanaşı, köhnə quyular da bərpa olunur, daha əvvəl istismardan çıxarılmış quyularda əsaslı təmir, geoloji-texniki tədbirlər aparılmaqla həmin quyularda hasilat bərpa edilir.

Bu ilin 9 ayı ərzində Azərbaycana 1,59 milyard kubmetr qaz idxal olunub və 6,48 milyard kubmetr qaz ölkədən ixrac edilib. Ölkəyə idxal olunan və ölkədən ixrac edilən qaz həcmləri üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 22,6 faiz və 5,8 faiz artım qeydə alınıb. Doqquz ay ərzində SOCAR 871,8 milyon kubmetr qaz ixrac edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çoxdur.

SOCAR Azərbaycanda öz imkanları ilə hasil etdiyi bütün təbii qaz həcmini Azərbaycan bazarına yönləndirir. Üçüncü tərəflərdən alınan qaz həcmləri isə əsasən ixrac üçün istifadə olunur və Azərbaycana əlavə gəlir qazandırır. Hazırda SOCAR-ın Azərbaycandakı qaz anbarlarında qış ayları üçün 3 milyard kubmetrdən çox qaz tədarük edilib.

Şirkət üzrə üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib. Beləliklə SOCAR-ın xam neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artıb. Rüb ərzində SOCAR üzrə Azərbaycandan 465,8 min ton neft emalı və neft-kimya məhsulu ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 faiz çoxdur.


Oxunub: 345






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim