reklam
USD
10 ℃
EUR
BAKI

Emin Ağalarov: “Yaradıcılığıma verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm” Azərbaycanın Xalq Artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri, tanınmış bəstəkar və müğənni Emin Ağalarov AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni "Carci.TV" təqdim edir.

MÜSAHİBƏ / 18.10.2018 22:21
- Bakıda artıq üçüncü dəfədir keçirilən "Jara” Beynəlxalq Musiqi Festivalı əvvəlki illərdən hansı xüsusiyyəti ilə fərqlənir?

- Əvvəla, builki festivalın proqramı daha genişdir. Rusiyanın "Birinci” telekanalında dörd konsert günündən hər biri iki saat olmaqla 10-12 reportaj efirə veriləcək. Bu da son iki ayda "Birinci” telekanalda ümumilikdə 24 saat efir deməkdir. Bu, möhtəşəm bir işdir. Rusiyanın tanınmış simalarını Bakıya toplamaq mənim üçün çox xoşdur. "Jara” layihəsinin uğurlu alınmasına ürəkdən sevinirəm. "Jara” artıq böyük musiqi platformasına çevrilib.

- Tamaşaçıları növbəti illərdə hansı yeniliklər gözləyir?

- Biz hər dəfə yeniliklər edə bildik və festivala daha böyük uğur gətirdik. Artıq məşhur artistlərin yubiley gecələrini təşkil edirik. Leonid Aqutin, Valeri Meladze, Lybov Uspenskaya, Valeriya və Vladimir Presnyakovun yaradıcılıq gecələrini keçiririk. Növbəti illərdə, əlbəttə, daha geniş ideyalar üzərində düşünəcəyik. Daha maraqlı proqramlar hazırlayacağıq. "Jara” nın möhtəşəmliyi artıq mənim özümü belə təəccübləndirir.

- Festivalın coğrafiyası getdikcə genişlənir. Maraqlıdır, "Jara”ya daha hansı ölkələrdən iştirakçılar cəlb oluna bilər?

- Bəli, biz festivalın coğrafiyasını artıq genişləndirmişik. Festivalın fəxri qonaqları qismində xarici şou-biznesin tanınmış mütəxəssislərini dəvət etmişik. Məşhur italyan tenoru Alessandro Safina, əfsanəvi Stiven Siqal, İnqrid, Rusiya, Ukrayna, Gürcüstan və əlbəttə, Azərbaycan estradasından çoxlu sayda artistlər festivalda iştirak edirlər. Əfsanəvi Maykl Ceksonun oğlu Brendon Hovard səhnədə çıxış edir. Bu, böyük sürprizdir və o, ABŞ-dan gəlib. Arzum budur ki, gələcəkdə festivalda beynəlxalq gün olsun və bu möhtəşəm hadisə nəinki Rusiyanın "Birinci” kanalında, eləcə də xarici telekanallarda nümayiş etdirilsin. Hələlik bizim tərəfdaşımız "Birinci” kanaldır. Bu böyük yolu biz birlikdə gedirik. Biz bütün ilboyu hazırlaşmışıq. İdeyalarımız çoxdur, məqsədimiz "Jara”nı daha unikal etməkdir.

- Öz repertuarınızda Azərbaycan bəstəkarlarına müraciət etməyi düşünürsünüzmü?

- Musiqilər hər zaman məni tapır. Müəlliflər mahnılarını mənə göndərirlər. Diqqətimi çəkən mahnını ifa edirəm. "Gəl Bakıya qaçaq” mahnısını həmyerlimiz Bahh Tee yazıb. Mahnı nəzərimi cəlb etdi və mən ifa etdim. Beləliklə, mahnı hit oldu.

- Bu yaxınlarda Azərbaycanın Xalq Artisti adını aldınız. Təəssüratlarınızı bilmək maraqlı olardı.

- Bu ada layiq görülmək mənim üçün gözlənilməz oldu. Bu, artist və təşkilatçı olaraq "Jara” və digər tədbirlər vasitəsilə göstərdiyim xidmətlərə görə mənim sənətimə verilən yüksək qiymətdir. Belə yüksək qiymətə görə mən Azərbaycan Prezidenti İlham Əliyevə və onun ailəsinə dərin minnətdarlığımı bildirirəm.


Oxunub: 553






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim